Kontakt Home iPhone 13 Midnight modelini onlayn əldə etmək təklif edir. Smartfon 512 GB yaddaşa, peşəkar kameralara və yeni "Kinoeffekt", "Smart HDR 4" rejimlərinə sahibdir.
Apple brendinin premium görünüşlü, keyfiyyətli kameralı və sürətli smartfonları dünyada ən çox satılan modellərin siyahısında yüksək pozisiyalara sahibdirlər. Geniş funksionala sahib yeni iPhone 13 modeli ilə imkanlarınız sərhədsizdir.
Görünüş və Ekran
Smartfon bənzərsiz Midnight rəngində təqdim edilib. Arxa panelin materialı şüşədir. Super Retina XDR displey Ceramic Shield örtüyü ilə etibarlı şəkildə qorunur. Yan hissədəki çərçivə mat alüminiumdan hazırlanıb. iPhone 13 smartfonu ilə yağışa düşməkdən qorxmayacaqsınız – cihazın gövdəsi IP68 qorunma dərəcəsinə sahibdir. Günün sonunadək smartfon əlinizdən düşməyəcək. Cəmi 174 qram çəkisi sayəsində istifadə zamanı əlinizdə ağırlıq hiss etməyəcəksiniz.
Displey toxunuşlara həssas sensorla təchiz edilib. Nəticədə, telefonda dinamik oyunları oynasanız belə oyun prosesini asanlıqla idarə edə biləcəksiniz. Ekranın parlaqlığı artırılıb. Artıq sevdiyiniz serialın təzə çıxan bölümünü və ya yeni filmləri yalnız smartfonunuzda izləyəcəksiniz. Böyük OLED displey mükəmməl baxış keyfiyyəti təqdim edir.
Prosessor və Avtonomluq
Güclü Apple A15 Bionic prosessorunu qarşılayın. Yeni A15 Bionic keyfiyyətli şəkillərin yaradılması, qrafikanın sürətli emalı, Dolby Vision standartında videoların çəkilməsi və inanılmaz məhsuldarlıq deməkdir. Onun köməkliyi ilə parlaq ekran enerjini daha effektiv sərf edir. 4 GB operativ yaddaş sistem proseslərinin çevik yerinə yetirilməsi üçün imkan yaradır. Məlumatlarınızın saxlanılması üçün 512 GB daxili yaddaş təqdim edilib. Batareyanın həcmi artırılıb və 3240 mAh təşkil edir. Bu da aktiv istifadə zamanı belə enerjinin günün sonunadək tükənməməsi üçün imkan yaradır.
Kameralar
iPhone 13 smartfonunun 12 meqapikselli kameraları ilə gününüzün ən yadda qalan anlarını bir toxunuşla saxlayın. Optik stabilləşmə və hərəkət edən matrisə sahib olan kamera bloku hərəkət zamanı belə detallı kadrlar yarada bilir. Geniş və ultra geniş bucaqlı kameralar günün istənilən vaxtı, işıqlandırmadan asılı olmayaraq ideal nəticə təqdim edir.
Əlavə edilən yeni rejimlərin köməkliyi ilə smartfonun imkanları daha da artırılıb. Peşəkər videoların yaradılması üçün "Kinoeffekt" rejimi mövcuddur. Bu rejim seçiləndə çəkiliş zamanı fokus bir obyektdən digərinə yönəldilir. Daha sonra arxa fona bulanıq effekti əlavə edib hər kəsi yaratdığınız videolarla heyran edir.
Günəş batandan sonra da möhtəşəm şəkillər yaratmaq olar. iPhone 13 smartfonunun "Gecə" rejimi bunu sübut edir. Selfi çəkmək istəsənin "Portret" rejimini istifadə etməyi yaddan çıxartmayın. Bu rejimin köməkliyi ilə obyekt ön plana çıxarılır, arxa fona isə Boke effekti tətbiq edilir. Maksimal detallıq üçün "Deep Fusion" texnologiyasını işə salın. Onun köməkliyi ilə şəkildə hətta parçanın teksturası aydın əks edilir.