iPhone 12 Pro Pacific Blue rəngində təqdim edilib. Smartfon Apple A14 Bionic çipi üzərində işləyir. 12 mpx üçlü kamera bloku gecə zamanı peşəkar keyfiyyətli şəkil və videolar yarada bilir.
2020-ci ilin ən çox gözlənilən smartfonu iPhone 12 Pro premium görünüşü və güclü parametrləri ilə seçilir. Smartfonun dizaynı iPhone 5 modelinin pərəstişkarlarını sevindirib. Parlaq OLED displey görüntünü daha həcmli ötürür. İnterfeys sürətləndirilib və ekran donmur.
Görünüş və Displey
Təqdim edilən 12 Pro Pacific Blue rəngindədir. Ön panel Ceramic Shield örtüyü ilə qorunur. Unikal örtük telefonun zərbəyə davamlılığını 4 qat artırır. Əlavə olaraq ön paneldə Face ID sensorları yerləşdirilib. Arxa panel mat şüşədən hazırlanıb. Bu isə barmaq izi ləkələrinin əmələ gəlməsinə imkan yaradmır. Panelləri birləşdirən çərçivənin materialı paslanmayan poladdır. Arxa korpusda kamera bloku, fləş, Lidar skaneri, mikrofon və brendin loqotipi yerləşdirilib. Smartfonun gövdəsi IP68 qorunma dərəcəsinə malikdir. Su altında 6 metr dərinliyində 30 dəqiqəyə qədər qala bilər.
iPhone 12 Pro 6.1" düymlü Super Retina XDR OLED displeyə və 2532 х 1170 ekran həllinə sahibdir. Geniş rəng çalarları və görüntünün detallığı sizi keyfiyyətli baxış ilə təmin edəcəkdir. Ekranın sensoru toxunuşa həssasdır. Hamar şüşə sensorun dəqiq və tez işləməsini təmin edir. Ekranın üst hissəsində 12 meqapikselli True Depth kamerası yerləşir.
Məhsuldarlıq və Batareya
Smartfon güclü Apple A14 Bionic prosessoru üzərində işləyir. Onun və 6 GB operativ yaddaş sayəsində telefonun sürəti və imkanları artırılıb. Batareyanın tutumu 2815 mAh-dır. Lakin, Apple enerji istifadəsini optimallaşdırdığı üçün iPhone 12 Pro enerjini çox qənaətli sərf edir. 256 GB daxili yaddaş cihazda sevdiyiniz musiqinin, şəkil və videoların, oxuduğunuz kitabların, bütün vacib sənədlərinizin və məlumatların saxlanılması üçün imkan yaradır. Telefon 5G və MagSafe dəstəkləyir. MagSafe sayəsində telefon simsiz enerji toplayıcısına və Apple brendinin təqdim etdiyi aksessuarlara qoşula bilir.
Kameralar
iPhone 12 Pro möhtəşəm kamera sisteminə sahibdir. Arxa paneldə istifadəniz üçün 12 meqapikselli geniş bucaqlı, 12 meqapikselli ultra geniş bucaqlı kameralar və 2X zoom-la təchiz edilən 12 meqapikselli telefoto modulu yerləşdirilib. Kamera blokunun imkanları yüksək keyfiyyətli şəkillərin, detallı makro və selfilərin, dinamik videoların yaradılması üçün kifayətdir. Vacib tədbirlərdə smartfon sizə peşəkar fotoaparatı əvəz edə bilər. Əlavə olaraq cihaz DolbyVision standartında video çəkir. Smartfonun Lidar sensoru kameraların işləməsini daha da təkmilləşdirib.