iPhone 12 qiymeti və parametrləri ilə Kontakt.az saytında tanış olun. iPhone A14 Bionic çipi üzərində işləyir. 6.1" düymlü OLED displey görüntünü 1170x2532 keyfiyyətində təsvir edir.
iPhone 12 əldə etməklə peşəkar kameralara, sürətli interfeysə, premium görünüşə və günün sonunadək tükənməyən batareyaya sahib olacaqsınız.
Görünüş və Displey
Sözügedən iPhone 12 Blue rəngindədir. Mavi korpus yenilənmiş dizaynda təqdim edilib. Smartfon daha nazik və yüngül olub. Gövdənin qalınlığı cəmi 7.4 mm təşkil edir. 164 qram çəkisi sayəsində onu rahat bir əllə idarə etmək mümkündür. Çərçivənin yastı olması sayəsində sərhədsiz displey vizual olaraq daha böyük görünür. Arxa və ön panellər şüşədən hazırlanıb. Lakin, yarana bilən cızıqlar barəsində narahat olmağa dəyməz – 6.1" düymlü ekran innovativ Ceramic Shield ilə qorunur. Bu materialın istehsalında şüşənin daxilinə keramikadan hazırlanan nanokristallar əlavə edilir. Nəticədə, displey 4 dəfə daha möhkəm olub.
Super Retina XDR displey artırılmış kontrastı və parlaqlığı, rənglərin dəqiq ötürülməsi sayəsində yüksək baxış keyfiyyəti təqdim edir. 12-ci iPhone filmlərin, HD formatında olan videoların izlənilməsi üçün idealdır. Maksimal parlaqlıq 1200 nit təşkil edir. Ətrafınızdakı işıqlandırmadan asılı olmayaraq bu displey istənilən kontenti yüksək keyfiyyətdə təsvir edir.
IP68 qorunma dərəcəsi sayəsində smartfon sudan qorxmur. iPhone 12-nin üzərinə şirə və ya çay tökülsə korpusun daxili zədələnməyəcək. Smartfon suyun altında 6 metr dərinliyində 30 dəqiqə ərzində qala bilir. Bundan başqa, cihazın gövdəsi toza davamlıdır. Beləliklə, yüksək keyfiyyətli materiallardan hazırlanan smartfon sizə uzun illər ərzində etibarlı şəkildə xidmət edəcək. Cihazda saxlanılan məlumatların təhlükəsizliyinə dəqiq işləyən FaceID funksiyası cavabdehdir.
Kamera Sistemi
iPhone 12 ilə hər bir kadr ideal alınır. Bunun səbəbi yenilənmiş kamera sisteminə bağlıdır. Kamera bloku 2 moduldan ibarətdir. Yeni əlavə edilən Lidar skanerin köməkliyi ilə “Gecə” rejiminin keyfiyyəti artırılıb və bu rejimi smartfonun bütün kameraları dəstəkləyir. Axşam gəzintisi zamanı gözəl şəklin alınması çox vaxt almayacaq. Lidar sensorunun köməkliyi ilə kamera avtofokusu 6 dəfə daha sürətli yerinə yetirir.
Arxa paneldə 12 mpx geniş və ultra geniş bucaqlı kameralar yerləşir. Geniş bucaqlı modul 27% daha çox işıq tuta bilir. Zəif işıq şəraitində isə ultra geniş bucaqlı kameranın imkanları sizi heyran edəcək. Daha öncə qaranlıq alınan kadrlar aydınlığı və detallığı ilə seçilir. Ön paneldə yerləşdirilən TrueDepth kamerası ilə gecələri “Portret” rejimindən istifadə edə biləcəksiniz.
iPhone 12 Dolby Vision HDR standartında videolar yarada bilir. SDR kontentlə müqayisədə bu format rəngləri 8.5 dəfə daha həcmli təsvir edir. Nəticədə, Apple smartfonuna çəkilən videolarınız daha real və təbii alınacaq.
Məhsuldarlıq və Avtonomluq
Apple şirkətinin istehsal etdiyi A14 Bionic çipi ilə iPhone 12 daha sürətli və məhsuldar olub. Çip kamera blokunun keyfiyyətli foto və videoların yarada bilməsini təmin edir. Detallı və parlaq qrafiyaka malik oyunlar asanlıqla işə salınır və istifadə zamanı korpus isinmir. Bununla yanaşı, A14 batareyanın enerjisini effektiv və daha qənaətli sərfi edir. Nəticədə, aktiv istifadə zamanı belə 2815 mAh həcmli batareyanın tutumu günün sonunda tükənməyəcək. Operativ yaddaş 4 GB təşkil edir. Daxili yaddaş 128 GB-dır. Smartfon iOS 14.1 üzərində işləyir. İnterfeysə vicetlər əlavə edilib – lazım olan məlumat daim əlinizin altındadır.