iPhone 11 Red smartfonu 6.15 düymlü LDC ekrana sahibdir. Apple A13 Bionic çipi və 4 GB operativ yaddaş telefonu yüksək məhsuldarlıqla təmin edir.
Görünüş
Yeni iPhone əldə etmək istəyirsinizsə seçiminizi mükəmməl qırmızı rəngi ilə göz oxşayan iPhone 11 Red modelində dayandırın. Hamar şüşə ilə örtülən arxa panel və alüminium çərçivə sayəsində telefonu əldən buraxmaq istəməyəcəksiniz. Smartfonun arxa hissəsində dəbli görünüşə sahib peşəkar kamera sistemi yerləşdirilib. Ön tərəfində böyük LCD displey mövcuddur. Displey görüntünü ətrafınızdakı işıqlandırmadan asılı olmayaraq aydın və detallı ötürür. Smartfonu asanlıqla bir əllə idarə etmək mümkündür. Toxunuşlara həssas olan sensor dəqiq idarəni təmin edir. iPhone-da saxlanılan bütün məlumatların təhlükəsizliyi təmin edilir. Bunun üçün displeyin üst hissəsində FaceID yerləşdirilib.
Məhsuldarlıq
Daha öncəki modellərlə müqayisədə iPhone 11 daha sürətlidir. Bunun səbəbi Apple A13 Bionic çipinin yüksək məhsuldarlığıdır. Çipin köməkliyi ilə smartfonun prosessorları ən çətin tapşırıqları belə saniyələr ərzində icra edir. Qrafik prosessor daha sürətli olub. Nəticədə, istənilən oyunları işə saldığınız, HD keyfiyyətində video izlədiyiniz zaman görüntü detallığını itirmir. Operativ yaddaş 4 GB, daxili yaddaş isə 128 GB-dır.
Smartfonu gün ərzində vacib işlərinizi həll etmək, zənglərə cavab vermək, mesaj göndərmək, serial izləmək, sosial şəbəkələrdə dostlarınızla ünsiyyətdə qalmaq üçün istifadə edirsinizsə batareyanın tutumu sizin üçün vacib parametrlərdən biridir. iPhone 11-lə zəng zamanı telefonunuz qəfildən sönməyəcək. 3110 mAh batareya gün ərzində daha çox iş yerinə yetirə bilməyiniz üçün yaradılıb.
Kameralar Bloku
Apple brendi peşəkar kameraları ilə məşhurdu. iPhone 11 modelinin 2-li kamera sistemi ilə yüksək keyfiyyətli şəkillər əldə edəcəksiniz. Optik stabilizasiyaya sahib geniş bucaqlı kamera istənilən vəziyyətdə ideal görüntülü 4K videolar çəkə bilir. Geniş bucaqlı kamera vasitəsilə arxa fon maksimal əhatə edilir. Bütün lazım olan obyektlər kadra düşür. Müasir prosessor "Gecə" rejiminin işini də təkmilləşdirib. Artıq zəif işıq şəraitində belə parlaq və detallı şəkillər çəkmək mümkündür. Ön paneldə yerləşən 12 meqapikselli kamera isə sizi bənzərsiz selfilərlə təmin edəcək. Şəkillərinizi dostlarınızla paylaşmamışdan öncə əlavə tətbiqlərdə redaktə etməyə ehtiyac qalmır. Kamera bütün işi öz üzərinə götürür.