Yeni planşet əldə etməyi düşünürsünüzsə sizə əla məsləhətimiz var! Blackview Tab 8 10.1 bütün ailə üzvlərinizin sevərək istifadə edəcəyi planşet olacaq. Metal korpus sayəsində cihaz premium görünüşə sahibdir. 10.1" düymlü ekran toxunuşlara həssasdır və idarəni daha dəqiq edir. Rənglər parlaq təsvir edilir, dinamik səhnələrdə belə detallıq qorunur. Uzun səyahət zamanı planşeti özünüzlə aparın. Yoldaykən sevdiyiniz filmləri izləyin, kitab oxuyun və ya təcili maillərinizi cavablayın. Adapteri rahat evdə yaddan çıxarda bilərsiniz – batareyanın 6580 mAh tutumu bir neçə gün ərzində istifadə üçün kifayət edəcək.
Unisoc SC9863A prosessor tapşırıqların şürətli yerinə yetirilməsini təmin edir. Blackview Tab 8 10.1 modelinin oyun üçün nəzərdə tutulmadığına baxmayaraq Asphalt 9 kimi ağır oyunlar problemsiz yüklənilir və işə salınır. Oyun zamanı görüntü donmur. Cihaz Android 10 əməliyyat sistemi üzərində işləyir. Qadcetlərdə tünd rejimindən istifadə etməyi sevirsinizsə bu model sizin üçündür. Menyuda tünd rejimini seçin, nəticədə həm gözləriniz uzun istifadədən yorulmayacaq, həm də dəbli interfeysə sahib olacaqsınız.
Keyfiyyətli baxış təmin etmək üçün təsvir edilən səsin təmiz və güclü olması vacibdir. Bu səbəbdən Blackview Tab 8 10.1 planşeti 2 ədəd stereodinamiklərlə təchiz edilib. Şəkillərin yaradılmasına arxa paneldə yerləşən 13 meqapikselli əsas kamera ilə fləş cavabdehdir. Ön paneldə 5 meqapikselli kamera video zəng zamanı sizi aydın görüntü ilə təmin edəcək.