Apple Watch 7 qiymeti ilə sizi təəccübləndirə bilər. Smart saat 1.69 düymlü Retina displeyə sahibdir. Korpus WR50 və IP6X qorunma dərəcəsinə malikdir.
Apple Watch 7 41 mm ilə həm sağlam olmağa motivasiyanız artacaq, həm həyatınız daha asanlaşacaq. Zərbələrə davamlı korpus, sürətli interfeys və 18 saat ərzində tükənməyən batareya sayəsində geniş imkanlara maliksiniz.
Görünüş
Apple Watch 7 Blue rəngində təqdim edilib. Mavi korpusun yan hissələri mat alüminiumdan hazırlanıb və üzərində güc düyməsi, Digital Crown, mikrofon və dinamik yerləşdirilib. Arxa tərəfdə sensorlar, ön hissədə isə 1.69 düymlü Retina displey mövcuddur. Ekranın çərçivəsi cəmi 1.7 mm təşkil edir. Bu da Series 6 modellərindən 40% daha nazikdir. Nəticədə, displeydə daha çox məlumat əks edilir. Silikondan hazırlanmış kəmər korpusla eyni rəngdədir. Lakin, zövqünüzə əsasən kəməri dəyişmək mümkündür. Eyni zamanda ağıllı qadcet və dəbli aksessuar əldə edirsiniz.
Təqdim edilən saat daha möhkəm olub. Ekranı örtən şüşənin qalınlığı ikiqat artırılıb. Beləliklə, böyük OLED displey çatlara və güclü zərbələrə davamlı olub. Ekranla yanaşı korpusun keyfiyyəti artıb. Apple Watch 7 tozdan qorxmur və IP6X qorunma dərəcəsinə sahibdir. WR50 sayəsində isə saatı qolunuza taxıb su altında 50 metr dərinliyində üzə bilərsiniz.
Məhsuldarlıq və Funksiyalar
Sözügedən model WatchOS 8 əməliyyat sistemi üzərində işləyir və daha funksionaldır. Apple Watch 7 sağlamlığına diqqət edən, gün ərzində daha çox hərəkətdə olmağı istəyənlər üçün nəzərdə tutulub. Əgər siz iPhone sahibisiniz, saatı smartfonunuza birləşdirin. Bundan sonra qaçış və ya yeriş zamanı qolunuza Apple Watch taxıb evdən çıxa bilərsiniz. Saat sizə smartfonu əvəz edəcək. Qadcet vasitəsilə zənglərə və mesajlara cavab verə, mağazalarda Apple Pay ilə ödəniş edə, Siri səsli köməkçisindən istifadə edə biləcəksiniz.
İstənilən yerdə, sizə uyğun olan zamanda idmanla məşğul ola bilməyiniz üçün cihaza 10 əsas məşqlər əlavə edilib. Mövcud olan məşqlərin alqoritmləri təkmilləşdirilib. Beləliklə, Apple Watch 7 məşqi dayandırdığınızı müəyyənləşdirə və itirilən kaloriləri daha dəqiq hesablaya bilir. Bundan başqa, velosiped idarə edərkən təsadüfən yerə düşdüyünüz zaman “Fall Detection” funksiyası işə salınır. 1 dəqiqə ərzində hərəkətsiz qaldığınız halda Apple Watch avtomatik olaraq qeyd etdiyiniz nömrələrə zəng edib sizin koordinatlarınızı yardım mesajı ilə bir yerdə həmin kontaktlara göndərir.
Apple Watch 7 ilə idmanı daha əyləncəli etmək olar. Activity halqalarını işə salın. 3 ədəd halqa gün ərzində hərəkəti, məşq vaxtını və itirilən kaloriləri izləməyinizə kömək edir. Hər gün halqaları bağlayaraq mükafatlar qazanıb daha çox aktiv olmağa özünüzü motivasiya edəcəksiniz. Nəticələrinizi dostlarınızla bölüşüb yarışa başlayın.
Bundan başqa cihaz vasitəsilə yuxu rejimini izləmək, EQK və qanda oksijen miqdarını ölçmək, nəfəs məşqlərinin köməkliyi ilə stressi azaltmaq, mesaj yazmaq və qəbul etmək, zənglərə cavab vermək, musiqi dinləmək mümkündür. Bütün sadalanan imkanlardan asanlıqla istifadə edə bilməyiniz üçün Apple öz saatının batareyasını təkmilləşdirib. Yeni Apple Watch Series 7 öncəki modellərlə müqayisədə 33% daha sürətli enerji toplayır. Cəmi 45 dəqiqə ərzində saatı 0%-dan 80% qədər şarj etmək mümkündür.