Apple Watch SE sizə daha sağlam və aktiv olmağa kömək edəcək. Balaca qadcet inanılmaz imkanlara sahibdir. Saatın korpusu alüminiumdan hazırlanıb və Space Grey rəngində təqdim edilib. Ekran və arxa hissə şüşədəndir. Cihazın ölçüləri 4.4 x 3.8 x 1.04 sm-dir. Korpus su və toz keçirmir - əllərinizi yuyanda saatı çıxartmaq lazım deyil. Apple Watch SE ilə hətta hovuzda üzə bilərsiniz. Arxa tərəfdə mütəmadi olaraq nəbzinizi ölçən sensor yerləşir. Korpusun sağ tərəfində Digital Crown, yan düymə və mikrofon, sol tərəfdə isə dinamiklər yerləşdirilib. Mikrofonun sağ tərəfdə yerləşməsi sayəsində saat vasitəsilə zənglərə cavab vermək daha rahat oldu. Kəmər keyfiyyətli silikondan hazırlanıb.
Hamar ekran ləkələrə qarşı oleofob örtüklə örtülüb. Apple Watch SE modelində animasiya daha da sürətləndirilib. Görüntü dəqiq və parlaqdır. Toxunuşlara həssas sensor sayəyində cihazı daha dəqiq idarə edə biləcəksiniz. Cihaz Watch OS əməliyyat sistemi üzərində işləyir. Saata lazım olan tətbiqləri, sevdiyiniz musiqini yükləyin. 32 GB daxili yaddaş bunun üçün imkan yaradır. Mobil tətbiqi vasitəsilə qadceti Apple smartfonunuza birləşdirə bilərsiniz. Beləliklə sağlamlığınıza aid göstəriciləri telefondan izləyə, saata yeni siferblatlar yükləmək olar. Batareyanın enerjisi 18 saat intensiv istifadə üçün kifayətdir.
Yenilənmiş mikrofon vasitəsilə ətrafınızdaki səs səviyyəsi daimi ölçülür. Nəticə normadan yüksək olarsa ekranda bildiriş göstəriləcəkdir. Bundan başqa cihaz mütəmadi olaraq nəbzinizi ölçür. Yuxu rejimi vasitəsilə yuxunuzun keyfiyyətini artıra biləcəksiniz. Əlavə olaraq gün ərzində saat sizə nəfəs məşqlərini təklif edir. Əllərinizin 2 dəqiqə ərzində yuyulmasını izləyən taymer, addımölçən, kalori hesablayıcısı mövcuddur. Sağlam qalmağınız üçün saatda xüsusi məşqlər və Activity halqaları motivasiya sistemi mövcuddur. Qəzmə, qaçış, velosiped, velotrenajor, elliptic trenajor, HIIT, erqometr, stepper, yoqa, rəqs və s. məşq növləri var. Bəyəndiyiniz məşqi seçib idmana başlayın.