Apple Watch SE qiymeti ilə Kontakt Home saytında tanış olun. Saatda gəzmə, qaçış, velosiped kimi məşqlər var. Apple Watch nəbzinizi ölçə bilir. Ekran 1.57'' düymlüdür.
Apple Watch SE ilk növbədə sağlamlığına diqqətlə yanaşan və rahatlığı sevən insanlar üçün yaradılıb. Həyat tərzinizi dəyişmək, daha sağlam olmaq, iPhone smartfonunuzu golunuzdan idarə etmək istəyirsinizsə bu qadcet sizin üçündür.
Görünüş və Displey
Saatın korpusu alüminiumdan hazırlanıb. Ekran və arxa hissəsi şüşədəndir. Kontakt.az saytında cihaz Space Grey rəngində təqdim edilib. Kəmərin materialı silikondur. Cihazın ölçüləri 4 x 34 x 1.04 sm-dir. Buna baxmayaraq kontent rahat oxunur. Korpus suya və toza qarşı davamlıdır. Arxa tərəfdə nəbz ölçmək üçün sensor yerləşir. Korpusun sağ tərəfində Digital Crown, yan düymə və mikrofon, sol tərəfdə isə dinamiklər yerləşdirilib.
1.57'' düymlü OLED ekran xüsusi oleofob örtük sayəsində ləkələnmədən qorunur. Saatın animasiyaları daha sürətli olub. Sensor toxunuşlara həssasdır və dəqiq işləyir. Apple Watch SE 40 mm modeli Watch OS əməliyyat sistemi üzərində işləyir. 32 GB daxili yaddaş sayəsində cihaza kifayət qədər tətbiq və musiqi yükləmək olar. Əlavə olaraq iPhone vasitəsilə saatınıza yeni siferblatlar yükləyə və ya şəxsi şəkillərinizdən birini siferblatın fonu kimi təyin edə bilərsiniz.
Funksiyalar
Smart saat tutumlu batareyaya sahibdir. Onun enerjisi 18 saat intensiv istifadə üçün kifayətdir. Sərf edilən enerji tez bərpa edilir. Yenilənmiş mikrofon sayəsində ətrafınızdakı səs səviyyəsi daim ölçülür. Nəticə normadan yüksək olarsa ekranda bildiriş göstəriləcəkdir.
Bundan başqa smart saat mütəmadi olaraq nəbzinizi ölçür. Yuxu rejimi vasitəsilə yuxudan oyanma və yuxuya getmə vaxtınızı tənzimləyə və yuxunuzun keyfiyyəti artıra bilərsiniz. Əlavə olaraq gün ərzində saat sizə nəfəs alma etməyi təklif edir. Əllərinizin 2 dəqiqə ərzində yuyulmasını izləyən taymer, addımölçən, kalori hesablayıcısı mövcuddur. Sağlamlığınızla bağlı bütün göstəriciləri smatrfonda xüsusi tətbiqdə izləyə bilərsiniz.
Sağlam qalmağınız üçün saatda xüsusi məşqlər mövcuddur. Gəzmə, qaçış, velosiped, velotrenajor, elliptic trenajor, HIIT, erqometr, stepper, yoqa, rəqs və s. Activity halqaları sayəsində isə daim hərəkətdə qalmağınız üçün motivasiyanız olacaq.