Apple Watch SE qiymeti və imkanları sayəsində sevilir. Smart saat Silver rəngində təqdim edilib. Alüminium korpus IP68 qorunma dərəcəsinə malikdir. Displey 1.57" düymlüdür.
Apple Watch SE 40 mm ilə daim hərəkətdə olacaqsınız. Dəbli görünüşə sahib smart saat geniş funksionalı ilə seçilir. Activity halqaları və xüsusi sensorlar sayəsində sağlamlığınızla bağlı bütün göstəriciləri və smartfonunuza gələn bildirişləri, zəngləri qolunuzda izləyə biləcəksiniz.
Görünüş və Displey
Mat alüminium gövdə Silver rəngində təqdim edilib. Açıq rəngli qadcetləri sevirsinizsə bu modelə nəzər yetirməyi məsləhət edirik. Ekran və arxa panel şüşədən hazırlanıb. Kəmərin materialı yüksək keyfiyyətli silikondur. Cihazın ölçüləri 4 x 34 x 1.04 sm təşkil edir. Korpus suya və toza qarşı davamlıdır. IP68 qorunma dərəcəsi sayəsində saatı qolunuza taxıb hovuzda üzmək olar. Nəbzinizi ölçən sensor gövdənin arxa hissəsində yerləşir. Korpusun sağ tərəfində Digital Crown, yan düymə və mikrofon, sol tərəfdə isə dinamiklər yerləşdirilib.
Ağıllı saat 1.57'' düymlü parlaq OLED displeylə təchiz edilib. Ekranın üzərində barmaq izləri qalmır. Oleofob örtük ləkələrin əmələ gəlməsinin qarşısını alır. Smart saatın animasiyaları daha sürətli olub. Sensor toxunuşlara həssasdır və dəqiq işləyir. Apple Watch SE 40 mm modeli Watch OS əməliyyat sistemi üzərində işləyir. 32 GB daxili yaddaş sayəsində cihaza kifayət qədər tətbiq və musiqi yükləmək olar. Əlavə olaraq iPhone vasitəsilə saatınıza yeni siferblatlar əlavə edə və ya şəxsi şəkillərinizdən birini siferblatın fonu kimi istifadə edə biləcəksiniz.
Funksiyalar
Smart saat 18 saat aktiv istifadə üçün nəzərdə tutulub. Cihazı şarj etmək isə çox az vaxt tələb edir. Yenilənmiş mikrofon sayəsində cihaz ətrafınızdakı səs səviyyəsini ölçür. Nəticə normadan yüksək olan zaman ekranda bu barədə bildiriş əks olunur.
Cihaz mütəmadi olaraq nəbzinizi izləyir. Yuxu rejiminin köməkliyi ilə yuxudan oyanma və yuxuya getmə vaxtınızı tənzimləyə və yuxunuzun keyfiyyətini artıra biləcəksiniz. Əlavə olaraq gün ərzində saat sizə nəfəs alma etməyi təklif edir. Əllərinizin 2 dəqiqə ərzində yuyulmasını izləyən taymer, addımölçən, kalori hesablayıcısı mövcuddur. Sağlamlığınızla bağlı bütün göstəriciləri smatrfonda xüsusi tətbiqdə izləyə bilərsiniz.
Sağlam qalmağınız üçün saatda xüsusi məşqlər mövcuddur. Gəzmə, qaçış, velosiped, velotrenajor, elliptic trenajor, HIIT, erqometr, stepper, yoqa, rəqs və s. Activity halqaları sayəsində isə daim hərəkətdə qalmağınız üçün motivasiyanız olacaq.