Top.Mail.Ru
*6060

Məhsul mövcuddur

TM-MT-XMT-1101-RW-0043

Robot tozsoran Xiaomi Mop 2

qiymət

699.99 M
569.99 M

Kredit Kalkulyatoru

  • 6

  • 9

  • 12

  • 15

  • 18

  • 24

  • İlkin ödəniş

    0 M

  • Aylıq ödəniş

    31.4 M

Həftə sonu vaxtınızı tozsoranla döşəmələrin təmizlənməsinə sərf etmək istəmirsinizsə sizə əla təklifimiz var! Özünüzə Xiaomi Mop 2 robot tozsoranı hədiyyə edin. Siz vaxtınızı ailənizə sərf edənə kimi, bu cihaz evinizin təmizlənməsini öz üzərinə götürəcək.

Görünüş

Robot tozsoran Xiaomi ağ rəngdə təqdim edilib. Cihazın gövdəsi plastikdəndir. 81 sm hündürlüyü sayəsində mebellərin altına asanlıqla girə bilir. Korpusun yan hissələrində ventilyasiya toru, optik modul və xüsusi sensorları yerləşdirilib. Sensorlar tozsoranın hündürlükdən düşmə ehtimalını aradan qaldırır. Alt hissədə əsas və yan fırçalar yerləşir. Yan fırçanın köməkliyi ilə Xiaomi Mop 2 künclərdə olan qırıntıları təmizləyə bilir.

Qapağın üzərində kamera, cihazın işə salınması və bazaya qayıtması üçün düymə yerləşir. 550 ml həcmli toz qabı korpusun daxilindədir. Su konteynerinin tutumu 250 ml təşkil edir. Komplektasiyaya nəm təmizlik üçün mikrofiber bezi daxildir.

Məhsuldarlıq və Funksiyalar

Güclü mühərrik və 33 Vt sovurma gücü sayəsində Xiaomi robot tozsoran həm iri qırıntıları, həm xırda toz dənəciklərini bir dəfəyə təmizləməyə qadirdir. Yenilənmiş fırçalar küncləri, döşəmə taxtası arasında olan boşluqları, yataqların və mebellərin altını keyfiyyətli təmizləyir.

Nəm təmizlikdə belə Xiaomi Mop 2 mükəmməl nəticə təqdim edir. Su konteynerinin tutumu 150 m2 sahəli döşəmənin yuyulması üçün kifayət edir. İntellektual idarəetmə sayəsində işə salınan kimi cihaz evinizin skan etməyə başlayır. Nəticədə, maksimal olaraq effektiv marşrut tərtib edilir. Robot tozsoranı smartfonunuza birləşdirərək təmizlik planını qura, qadağan olunmuş hissələri əlavə edə, cihazı işə sala biləcəksiniz.

Korpusun üst hissəsində yerləşən kameranın köməkliyi ilə robot tozsoran tavanın sərhədlərini görə bilir. Beləliklə, cihaz divarlara yaxınlaşdığını müəyyənləşdirir və sürətini azaldır. Yeni təkərlər sayəsində Xiaomi Mop 2 modeli 20 mm hündürlükdə olan xalçaların üzərinə belə asanlıqla çıxa bilir.

Batareyanın tutumu 2 saat fasiləsiz təmizlik üçün kifayətdir. Enerjini bərpa etmək lazım olanda tozsoran robot avtomatik olaraq bazaya qayıdır. Ən əsası isə, Xiaomi Mop 2 işləməyə başlayanda ətrafınızdakı hava təmiz qalır. HEPA filtri ilə təchiz edilən cihaz bütün tozu asanlıqla tuta bilir.

nağd alışda

569.99 M

ayda cəmi

31.4 M