Top.Mail.Ru
*6060

Məhsul mövcuddur

Məhsul kodu: TM-MT-BMT-1108-DM-0001

Quruducu maşın Bosch WTN85423ME

qiymət

1599.99 M

-250 M

nağd alışda 1349.99 M

Kredit Kalkulyatoru

  • 6

  • 9

  • 12

  • 15

  • 18

  • 24

  • İlkin ödəniş

    0 M

  • Aylıq ödəniş

    71.7 M

Müasir zamanda hər bir dəqiqənin dəyəri yüksəkdir. Bu səbəbdən quruducu maşının əldə edilməsi bir çox problemlərinizi aradan qaldıracaq. Vaxtınızı paltarı asıb qurutmağa sərf etməyəcəksiniz. Üstəlik quruducu maşınlar kənar qoxuları aradan qaldırır. Allerqiya olan insanlar üçün bu çox faydalı funksiyadır. Ən əsası isə, eyvanınızı qurudulan geyimlərdən azad edib orada istirahət guşəsi yarada bilərsiniz. Keyfiyyətli quruducu maşın sahibi olmaq istəyirsinizsə sizə Bosch Wtn85423Me modelini məsləhət edirik.

Çamaşırların maksimal yüklənməsi 8 kq olan bu qurğuda kondensasiya tipli qurutma istifadə edilir. Cihaz rahat idarəetmə panelinə sahibdir. Paneldə 15 müxtəlif proqram və iri displey yerləşir. Rejimlər hər növ geyim və parça tərkibinə əsaslanaraq tərtib edilib. Qarışıq geyimlər, idman geyimi, pambıq, hamam dəsmalları və s. Ehtiyac olan rejimi seçib cihazı işə salın. Xüsusi Super 40 rejimi vasitəsilə cihaz cəmi 40 dəqiqə ərzində 1 kq paltarı tamamilə quruda bilir.

Baraban paslanmayan poladdan hazırlanıb. Qurutma zamanı çoxyönlü isti hava axını geyimlərinizin qayğılı qurudulmasını təmin edir. Xüsusi sensorlar barabanın daxilində olan rütubəti və temperaturu olçür. Nəticədə parça yüksək temperaturdan qorunur. Sevdiyiniz geyimlər sizə daha uzun müddət ərzində xidmət edəcək.

Cihaz klassik dizaynda və ağ rəngdə təqdim edilib. Bir çox quruducu maşınlardan fərqli olaraq barabanın qapağı şəffaf şüşədən hazırlanıb. Beləliklə, qurutma prosesini izləmək olar. Yan hissələrin quruluşu titrəmənin qarşısını alır. Nəticədə bu tip quruducu maşınlar aşağı səs səviyyəsi ilə işləyir. Bosch Wtn85423Me modelinin səs səviyyəsi cəmi 65 dB-dir.

nağd alışda

1349.99 M

ayda cəmi

71.7 M