Qızıl Zəmanət ULTRA şərtləri

Bu şərtlər toplusu (sonradan “Şərtlər Toplusu”) müştəri tərəfindən alınmış malın təmiri və ya dəyişdirilməsi üzrə Müştəriyə (Kontakt Home mağazalar şəbəkəsindən Mal alan şəxs) göstərilən aşağıdakı xidmətləri özündə ehtiva etdirir:

  1. Müştəri malın diaqnostikası və cihazların təmirə yararlılığından asılı olaraq öz seçimi ilə (a) qeyri-istehsal xarakterli mümkün nasazlıqların (korlanmaların) aradan qaldırılması və/və ya detalların dəyişdirilməsi hüququnu və (və ya) (b) bu Şərtlər Toplusunda göstərilmiş məbləğdə və qaydada kompensasiya məbləği (Endirim Kuponu) əldə edir;
  2. QZ ULTRA malın istehsalat (zavod/fabrik) qüsurlarına deyil, mexaniki zədələnmələr (istifadə nəticəsində yetirilən təsadüfi zədələnmələr də daxil olmaqla), istismar şərtlərinin pozulması nəticəsində yaranan nasazlıqlar (məs.: içərisinə mayenin düşməsi və s.), proqram təminatından bədniyyətli istifadənin nəticəsi olan nasazlıqlar (virus), açıq alovla təmas nəticəsində yaranan zədələnmələr, oğurluq və s. kimi hallara şamil olunur;
  3. Hazırkı Şərtlər Toplusunda göstərilən şərtlər yalnız müştəri tərəfindən QZ ULTRA sertifikatını, şəxsiyyəti təsdiq edən sənəd, malın dəyərinin ödənilməsi haqqında sənədin orijinalı (əgər malın dəyərinin ödənilməsi hissə-hissə həyata keçirilirsə, o zaman bütün ödəniş sənədlərinin orijinallarını təqdim etmək zəruridir), mala dair istismar sənədləri (əgər belə sənədlər nəzərdə tutulmuşdursa) təqdim edilməklə həyata keçirilir;
  4. QZ ULTRA sertifikatında qeyd olunmuş eyniləşdirmə nömrəsi (seriya nömrəsi, yaxud İMEİ) ilə Müştərinin təqdim etdiyi malın eyniləşdirmə nömrəsi eyni olmalıdır;
  5. QZ ULTRA oğurlanmış mala müştəri tərəfindən səlahiyyətli hüquq-mühafizə orqanlarının verdikləri oğurluq faktını təsdiq edən müvafiq sənəd təqdim edildiklə tətbiq edilir;
  6. Bu QZ ULTRA-ya uyğun olaraq təmir edilmiş və ya dəyişdirilmiş ehtiyat hissəsinə 30 (otuz) təqvim günü zəmanət müddəti verilir;
  7. QZ ULTRA malın komplektliliyinə və ləvazimatına tətbiq edilmir (fotoaparatın obyektivi istisna olmaqla);
  8. QZ ULTRA Kontakt Home-un razılığı olmadan üçüncü şəxslər (kənar servis, usta, mühəndis və s) tərəfindən müdaxilə edilən mallara tətbiq edilmir;
  9. QZ ULTRA ödəniş şərtləri tam və vaxtında yerinə yetirilməyən mallara tətbiq edilmir;
  10. Kontakt Home QZ ULTRA şərtlərinin icrasını müştərinin razılığı olmadan üçüncü şəxslərə həvalə edə bilər. Belə olan halda Kontakt Home üçüncü şəxslərin öhdəliklərinə görə müştəri qarşısında özü məsuliyyət daşıyır;
  11. Müştəri QZ ULTRA sertifikatını aldığı andan 14 (on dörd) təqvim günü ərzində QZ ULTRA xidmətindən istifadə etmədiyi halda,  onun dəyərini geri tələb etməklə bu xidmətdən imtina etmək hüququna malikdir;
  1. Müştəri malı təmir üçün təqdim etdikdə malın təmirə yararlı olub-olmaması qərarı yalnız Kontakt Home tərəfindən və həmin malın diaqnostikasından sonra verilir. Müştəri razılaşır ki, bu məsələnin həllində müştəri tərəfindən üçüncü şəxslərin cəlb edilməsi və onların qərarlarının rəhbər tutulması yolverilməzdir;
  2. Böyük məişət əşyaları və televizorlar (ölçüsü 40″-dən yuxarı olan) Müştərinin ünvanından Kontakt Home əməkdaşları tərəfindən götürülür;
  3. Müştəri malı diaqnostika və ya təmir üçün təqdim edərkən həmin cihazdakı məlumatları, faylları başqa daşıyıcıya köçürməyi öhdəsinə götürür. Əksi olan halda Kontakt Home cihazdakı həmin məlumatların, faylların itməsinə və ya məhv olmasına görə heç bir məsuliyyət daşımır;
  4. Təmir üçün mağazaya təqdim edilmiş mal təmir edildikdən və hazır olması barədə müştəriyə məlumat verildikdən sonra 30 (otuz) təqvim günü ərzində Müştəri tərəfindən təhvil alınmazsa, həmin mal Kontakt Home-un mülkiyyəti hesab olunur və onun tərəfindən üçüncü şəxslərə satıla və ya bağışlanıla bilər. Mal satıldıqda, onun satışından əldə olunan gəlirdən həmin malın təmirinə sərf olunan xərclər çıxıldıqdan sonra yerdə qalan məbləğ Müştərinin tələbi ilə ona qaytarılır.
  5. Hər bir malın təmir xərcləri hazırkı Şərtlər Toplusunun 21-ci bəndində qeyd olunan məbləğdən çox olmamalıdır;
  6. Müştəri istənilən səbəbdən Endirim Kuponundan istifadə hüququnu seçərsə, aldığı (QZ ULTRA-nın aid olduğu) malı dəyərini tam ödəmək şərtilə (malın ödənişi hissələrlə həyata keçirildiyi təqdirdə ödənişi davam etdirmək şərtilə) Kontakt Home mağazasına təqdim etməlidir. Bundan sonra həmin mal Kontakt Home-un mülkiyyəti hesab olunur və onun tərəfindən üçüncü şəxslərə satıla və ya bağışlanıla, həmçinin istənilən formada sərəncam verə bilər;
  7. Müştəri bu Şərtlər Toplusunda nəzərdə tutulan Endirim Kuponu vasitəsi ilə endirim almaq hüququndan şəxsi istəyinə uyğun olaraq istifadə edir. Müştəri bu Kuponu yalnız Kontakt Home mağazalarında istifadə edə bilər;
  8. Endirim Kuponu təqdim edilərkən tətbiq olunacaq kompensasiya məbləği hazırkı Şərtlər Toplusunun 21-ci bəndində qeyd olunmuş məbləğdən çox olmamalıdır;
  9. QZ ULTRA şərtləri üzrə Malın təmiri 14 (on dörd) iş günü ərzində həyata keçirilir. Əks halda müştəriyə malın məbləğinin 100%-i dəyərində Endirim Kuponu verilir;
  10. Əgər Müştəri malı təmir etdirmək istəmirsə, həmin mala Endirim Kuponu vasitəsi ilə aşağıda qeyd olunan məbləğdə kompensasiya tətbiq edilir.

 

 

Şərtlərin qüvvədə olma

müddətinin başlanması

anından Müştərinin müraciət müddəti

Yeni avadanlığın edilməsi zamanı zədələnmiş avadanlığın dəyərindən Endirim Kuponu şəklində verilən endirimin məbləği
1 gündən 90 günə qədər 75%
91 gündən 180 günə qədər 65%
181 gündən 270 günə qədər 55%
270 gündən və daha çox 50%

22. Hazırkı Şərtlər Toplusunun 21-ci bəndində qeyd olunan kompensasiya şərtləri mal oğurlandığı (istər təmirdən sonra, istərsə də ilkin diaqnostika zamanı) hala da şamil edilir. Mal təmir olunduğu halda qeyd olunan kompensasiya malın təmirinə sərf olunan xərclər çıxılmaqla tətbiq edilir;

23.Hazırkı Şərtlər Toplusunun 21-ci bəndində qeyd olunan kompensasiya şərtləri mal təmirə yararsız olduğu (istər təmirdən sonra, istərsə də ilkin diaqnostika zamanı) hala da şamil edilir. Mal təmir olunduğu halda qeyd olunan kompensasiya malın təmirinə sərf olunan xərclər çıxılmaqla tətbiq edilir;

24.Müştəri QZ ULTRA-dan yararlanaraq ilk müraciətində malı təmir etdirməyi seçdiyi halda, QZ ULTRA üzrə ikinci və daha sonrakı müraciətlərində təmirdən imtina etmək hüququnu itirir;

25.QZ ULTRA sertifikatının satış qiyməti məhsul növünə görə dəyişir. Tarif aşağıdakı kimidir:

QZ ULTRA sertifikatının qüvvədə olma müddəti Rəqəmsal kateqoriyası:

(Malın dəyərinin faizi)

Məişət kateqoriyası:

(Malın dəyərinin faizi)

6 ay 10% 8%
12 ay 18% 14%
24 ay 24% 20%

26.Endirim Kuponu əldə edildiyi gündən 90 (doxsan) gün müddətində keçərlidir;

27.Müştəri razılaşır ki, Endirim Kuponunun tətbiq edilmə və ona görə kompensasiya verilməsi üsulunu və yolunu Kontakt Home sərbəst olaraq seçmək hüququna malikdir;

 

* Endirim Kuponu – rəqəm və hərflərin müəyyən edilmiş nümunəli vahid dəsti malın diaqnostikasını aparan Kontakt Home mağazası tərəfindən Müştəriyə təqdim edilir.

 

* Müştəri hazırkı Şərtlər Toplusu ilə www.kontakt.az saytında tanış ola bilər.