Qızıl Zəmanət Screen şərtləri

Bu şərtlər toplusu (sonradan “Şərtlər Toplusu”) Müştəri tərəfindən alınmış malın ekranındakı korlanmalar ilə bağlı onun təmiri və dəyişdirilməsi üzrə Müştəriyə (Kontakt Home mağazalar şəbəkəsindən mal alan şəxs) göstərilən aşağıdakı xidmətləri özündə ehtiva etdirir:

  1. QZ SCREEN sertifikatı Müştəri tərəfindən mal ədə edildiyi (alındığı) andan qüvvəyə minir və həmin sertifikatda göstərilən müddət ərzində qüvvədədir.
  2. QZ SCREEN sertifikatındakı şərtlər yalnız malın ekranındakı korlanmalar tətbiq edilir;
  3. Müştəri malın diaqnostikası və təmirə yararlılığından asılı olaraq (a) malın ekranının dəyişdirilməsi, (b) bu mümkün olmadıqda isə hazırki Şərtlər Toplusunda göstərilmiş həcmdə və qaydada kompensasiya məbləğini (sonradan “Endirim Kuponu”) almaq hüququ əldə edir;
  4. QZ SCREEN malın istehsal (zavod/fabrik) qüsurlarına deyil, mexaniki zədələnmələr (istifadə nəticəsində yetirilən təsadüfi zədələnmələr də daxil olmaqla), istismar şərtlərinin pozulması nəticəsində yaranan korlanmalar (məs.: içərisinə mayenin düşməsi və s.), açıq alovla təmas nəticəsində yaranan zədələnmələr və s. kimi hallara şamil olunur;
  5. Müştəri QZ SCREEN sertifikatındakı xidmətdən sertifikatın qüvvədə olduğu müddət ərzində yalnız 1 (bir) dəfə istifadə edə bilər;
  6. Hazırki Şərtlər Toplusunda göstərilən şərtlər yalnız müştəri tərəfindən QZ SCREEN sertifikatını, şəxsiyyəti təsdiq edən sənəd, malın seriya nömrəsi, yaxud İMEİ kodunu müəyyənləşdirmək mümkün olmadığı halda isə malın dəyərinin ödənilməsi haqqında sənədin orijinalı (əgər malın dəyərinin ödənilməsi hissə-hissə həyata keçirilirsə, o zaman bütün ödəniş sənədlərinin orijinallarını təqdim etmək zəruridir), mala dair istismar sənədləri (əgər belə sənədlər nəzərdə tutulmuşdursa) və malın qutusu təqdim edilməklə həyata keçirilir;
  7. QZ SCREEN sertifikatında qeyd olunmuş eyniləşdirmə nömrəsi (seriya nömrəsi, yaxud İMEİ) ilə Müştərinin təqdim etdiyi malın eyniləşdirmə nömrəsi eyni olmalıdır;
  8. QZ SCREEN ödəniş şərtləri tam və vaxtında yerinə yetirilməyən mallara tətbiq edilmir. Ödənişi gecikdirilmiş mal üçün QZ SCREEN sertifikatı qüvvədən düşür.
  9. Gecikdirilmiş bütün borclar tam ödənildikdən və ödəniş müqavilə ilə müəyyənləşdirilmiş qrafik üzrə bərpa olunduqdan sonra xidmət aktivləşdirilə bilər. Lakin QZ SCREEN sertifikatının müddəti ödənişin gecikdirildiyi və\və ya icra edilmədiyi müddət həddində artırılmır;
  10. QZ SCREEN Kontakt Home`un razılığı olmadan üçüncü şəxslər (kənar servis, usta, mühəndis və s) tərəfindən müdaxilə edilən mallara tətbiq edilmir;
  11. Malın diaqnostikası zamanı ekrana aid olmayan korlanmalar aşkarlanarsa, Müştəriyə həmin korlanmaların ödənişli şəkildə aradan qaldırılması təklif oluna bilər;
  12. Muştəri 11-ci bənddə qeyd olunan təkliflə razılaşdığı təqdirdə, həmin hala dair ödənişi həyata keçirməzsə, ekranın təmiri (dəyişdirilməsi) bu məbləğin ödənilməsinə qədər dayandırılır;
  13. Bu QZ SCREEN-ya uyğun olaraq təkcə dəyişdirilmiş ekranın istehsal qüsurları ilə bağlı 30 (otuz) təqvim günü zəmanət müddəti verilir;
  14. Kontakt Home QZ SCREEN şərtlərinin icrasını müştərinin razılığı olmadan üçüncü şəxslərə həvalə edə bilər. Belə olan halda Kontakt Home üçüncü şəxslərin öhdəliklərinə görə Müştəri qarşısında özü məsuliyyət daşıyır;
  15. Müştəri QZ SCREEN sertifikatını əldə etdiyi andan 14 (on dörd) təqvim günü ərzində QZ SCREEN xidmətindən istifadə etmədiyi halda, onun dəyərini geri tələb etməklə bu xidmətdən imtina etmək hüququna malikdir;
  1. Müştəri malı təmir üçün təqdim etdikdə malın təmirə yararlı olub-olmaması qərarı yalnız Kontakt Home tərəfindən və həmin malın diaqnostikasından sonra verilir. Müştəri razılaşır ki, bu məsələnin həllində müştəri tərəfindən üçüncü şəxslərin cəlb edilməsi və onların qərarlarının rəhbər tutulması yolverilməzdir;
  2. Müştəri malı diaqnostika və ya təmir üçün təqdim edərkən həmin cihazdakı məlumatları, faylları başqa daşıyıcıya köçürməyi öhdəsinə götürür. Əksi olan halda Kontakt Home cihazdakı həmin məlumatların, faylların itməsinə və ya məhv olmasına görə heç bir məsuliyyət daşımır;
  3. Təmir üçün mağazaya təqdim edilmiş mal təmir edildikdən və hazır olması barədə müştəriyə məlumat verildikdən sonra 30 (otuz) təqvim günü ərzində Müştəri tərəfindən təhvil alınmazsa, həmin mal Kontakt Home-un mülkiyyəti hesab olunur və onun tərəfindən üçüncü şəxslərə satıla və ya bağışlanıla bilər. Mal satıldıqda, onun satışından əldə olunan gəlirdən həmin malın təmirinə sərf olunan xərclər çıxıldıqdan sonra yerdə qalan məbləğ Müştərinin tələbi ilə ona qaytarılır.
  4. Malın ekranının dəyişdirilməsi 14 (on dörd) iş günü ərzində həyata keçirilir. Əks halda Müştəriyə malın qiymətinin aşağıda qeyd olunan həddində Endirim Kuponu verilir:
Şərtlərin qüvvədə olma

müddətinin başlanmasıanından Müştərinin müraciət müddəti

Yeni avadanlığın əldə edilməsi zamanı zədələnmiş avadanlığın dəyərindən Endirim Kuponu şəklində verilən endirimin məbləği
1 gündən 90 günə qədər 50%
91 gündən 180 günə qədər 45%
181 gündən 270 günə qədər 40%
271 gündən 360 günə qədər 35%

 

  1. Bu Şərtlər Toplusunda göstərilmiş Endirim Kuponu əldə edildiyi gündən 30 (Otuz) gün müddətində keçərlidir;
  2. QZ SCREEN sertifikatının satış qiyməti bütün mal növlərində eyni tarifdədir. Tarif aşağıdakı kimidir:

 

QZ SCREEN sertifikatının qüvvədə olma müddəti Malın dəyərinin faizi
6 ay 8 %
12 ay 15 %

 

 

* Endirim Kuponu malın diaqnostikasını aparan Kontakt Home mağazası tərəfindən Müştəriyə təqdim edilir.

 

* Müştəri hazırki Şərtlər Toplusu ilə həmçinin QZ SCREEN sertifikatının üzərindəki QR kod ilə keçid etməklə və ya birbaşa daxil olmaqla www.kontakt.az saytında tanış ola bilər.