Qablarınızın təmizliyini Samsung DW60M5052FW TR qabyuyana həvalə edin! 13 dəst tutumuna sahib bu model yığcam ölçülərə sahibdir. Hündürlüyü 85 sm, eni 60 sm, dərinliyi 60 sm-dir. Universal ağ rəngi sayəsində digər mətbəx texnikasının görünüşünə asan uyğunlaşır. Qabyuyanın üst hissəsində idarəetmə paneli və böyük LED ekran yerləşdirilib. Cihaz qablarınızın mükəmməl yuyulmasını təmin edən 5 proqrama sahibdir.
Qabyuyanın daxilində yerləşən rəflərin hündürlüyünü tənzimləyə bilərsiniz. Beləliklə iri qazanları belə rahat yerləşdirmək olar. Half Load rejimi sayəsində isə az sayda olan qablarınızı yumaq üçün qabyuyanın tam dolmasını gözləmək lazım deyil. Qabları alt səbətə qoyun. Half Load rejimini seçib qabyuyanı işə salın. Nəticədə daha az elektrik enerji və su sərf ediləcək. Vaxtınız məhduddursa 60 dəqiqəlik sürətli yuma rejimindən istifadə edin.
Cihaz A enerjiistifadə sinfinə, B yuma və qurutma sinfinə aiddir. Əlavə olaraq qabyuyan taymer, uşaqdan müdafiə və sızmalardan müdafiə kilidləri ilə təchiz edilib. Beləliklə, təhlükəsizliyiniz tamamilə təmin edilir. Samsung DW60M5052FW TR qabyuyana 3 illik zəmanət təqdim edilir. Cihazın parametrlərini və qiymətini digər qabyuyan modelləri ilə müqayisə etmək istəyirsinizsə Kontakt.az onlayn mağazamıza daxil olun. Üstəlik evdən çıxmadan cihazın bütün imkanları ilə tanış ola bilərsiniz. Bunun üçün “Canlı video məsləhətçi” düyməsinə basmağınız kifayətdir.