Top.Mail.Ru
*6060

Məhsul mövcuddur

TM-MT-BMT-1108-DW-0043

Qabyuyan Samsung DW60M5052FS/TR

qiymət

1079.99 M

-220 M

nağd alışda 859.99 M

Kredit Kalkulyatoru

  • 6

  • 9

  • 12

  • 15

  • 18

  • 24

  • İlkin ödəniş

    0 M

  • Aylıq ödəniş

    48.4 M

Təmizlik rutininizi asanlaşdırmaq istəyirsinizsə mətbəxinizə Samsung DW60M5052FS/TR qabyuyan maşınını dəvət edin! Cihaz quraşdırılan qabyuyanlar kateqoriyasına aiddir, beləliklə mətbəx mebelinizə ideal yerləşəcəkdir. Qabyuyanın hündürlüyü 85 sm, eni 60, dərinliyi 60 sm-dir. 13 dəst tutumuna sahib cihaz gümüşü rəngi və lakonik dizaynı ilə mətbəxinizə müasirlik qatacaq.

Rahatlığınız üçün qurğunun üst hissəsində iri displey və idarəetmə paneli yerləşdirilib. Daxildə qablarınızı tam yerləşdirə bilməyiniz üçün 3 ədəd rəf mövcuddur. Ən üst rəf qaşıq, çəngəl, bıçaq və s. yemək ləvazimatları üçün nəzərdə tutulub. Orta rəfin hündürlüyünü asanlıqla dəyişdirmək olar və hündür stəkanlar maşına rahat yerləşəcək. Ən əsası, digər qabyuyanlardan fərqli olaraq bu modeli işə salmaq üçün tam dolmağını gözləməyə ehtiyac yoxdur.

Samsung DW60M5052FS/TR modeli 5 yuma proqramına sahibdir:

- Yağlı qabların yuyulması rejimi

- Avtomatik yuma rejimi

- Ekonom yuma rejimi

- Sürətli yuma rejimi

- Büllur qablar üçün rejim

Əlavə olaraq evinizdə körpə varsa xüsusi antibakterial yuma sayəsində uşaq qablarının yuyulması zamanı bir çox bakteriyaların ləğv edilməsi təmin edilir. Bundan başqa qabyuyanda 15 dəqiqə ərzində yaxalama funksiyası, təxirə salınmış start, taymer, sızmalardan qorunma, su sərtlənməsinin avtomatik təmizlənməsi və uşaqlardan müdafiə rejimi mövcuddur.

Model B qurutma sinfinə aiddir. Qurutma rejimi kondensasiya vasitəsilə həyata keçirilir. Nəticədə elektrik enerji qənaətli sərf edilir. Cihazın A enerjiistifadə sinfinə aid olması bunun göstəricisidir.

Proqramlara nəzarəti asanlaşdırın

Böyük LED displey

Böyük və rahat oxunan LED displey sayəsində qabların yuyulmasına asanlıqla nəzarət edin.

Müxtəlif ölçülü qabların rahat yerləşdirilməsi

Hündürlüyün asan idarə edilməsi

Rəfin hündürlüyü tənzimlənir, beləliklə onu bir düymə vasitəsilə 5 sm yuxarı qaldıra və ya aşağı sala bilərsiniz. Rəfi aşağı salaraq böyük ölçülü qazanlarınızı və tavalarınızı yerləşdirəcəksiniz, üst rəfdə isə badələri və fincanları yükləmək olar.

Az miqdarda qabların yuyulması zamanı vaxta və elektrik enerjisinə qənaət

Yarımçıq yükləmə

Artıq qabyuyan maşının tam dolmasını gözləməyəcəksiniz. “Yarımçıq yükləmə” rejimi qabların yalnız alt və ya üst rəflərdə yerləşdirməyə və yumağa imkan yaradır. Beləliklə, az miqdarda qabların yuyulması zamanı belə vaxta və elektrik enerjisinə qənaət edirsiniz.

60 dəqiqəlik yuma və qurutma rejimi ilə vaxta qənaət

Sürətli yuma (60 dəq.)

60 dəqiqəlik “Sürətli yuma” rejimi qabların daha qısa müddət ərzində yuyulmasını və qurudulmasını təmin edir. Az miqdarda qabların təmizlənməsi üçün idealdır. 

nağd alışda

859.99 M

ayda cəmi

48.4 M