Məhsul haqqında məlumat
İnduksion bişirmə paneli qaz və şüşə keramika səthləri ilə müqayisədə daha sürətli və güclüdür. Su daha surətli qaynayır. Temperaturun ani tənzimlənməsi yemək hazırlama prosesini daha rahat idarə etməyə imkan yaradır.
İnduksiya - qızmanın sadə, sürətli və təhlükəsiz metodu
İnduksiya qabda olan inqrediyentləri ideal isidərək plitənin səthinin soyuq və təhlükəsiz olmasını təmin edir. Eyni zamanda o, temperaturun ani tənzimlənməsi üçün imkan yaradır. Plitənin hamar səthi asan təmizlənir.
Bir toxunuşla idarə edin
İnduksiyanı idarə edən sensorlar təxminləri aradan qaldırır. Sensorlu şüşə səthinin köməkliyi ilə tənzimləmələrə daxil olub temperaturu artıra və ya azalda bilərsiniz. Açarların olmaması səthin təmizlənməsini daha rahat edir.
Hob2Hood® - diqqətinizi bişmə prosesindən yayındırmayın
Hob2Hood texnologiyası siz yeməklərinizi hazırlamağa başlayan kimi aspiratoru və işıqlandırmanı avtomatik olaraq yandıra bilir. Aspiratorun işini tənzimləməyə ehtiyac qalmır, diqqətiniz tam olaraq bişmə prosesində cəmlənəcək. Ehtiyac olduqda aspiratorun gücünü əllə tənzimləmək mümkündür.
PowerBoost: lazım olan vaxtda maksimal güc
Bişmə panelinin təchiz edildiyi Power Booster funksiyası ocağın yüksək temperatura qədər sürətli qızmasını təmin edir. Suyun sürətli qaynaması lazım olanda bu funksiya sizin üçün ideal həll yolu olacaq.
Hər bir resept üçün vaxtın asan hesablanması
İdarəedilən taymer hazırlama prosesini əngəlsiz izləmək üçün imkan yaradır. Hazırlama prosesi barəsində xatırlatma ala bilməyiniz üçün dəqiq vaxtı taymerdə seçin. Qeyd olunan müddətdən sonra ocaq avtomatik sönəcək.