Məhsul mövcuddur

Məhsul kodu: 0022816

Paltaryuyan Samsung WF 8590NLW9DYLP

qiyməti

629.99 M

Kredit Kalkulyatoru

  • 6

  • 9

  • 12

  • 15

  • 18

  • 24

  • İlkin ödəniş

    0 M

  • Aylıq ödəniş

    28.3 M


Paltaryuyan maşınların istehsalı və satışı ilə məşğul olan şirkətlər arasında Samsung brendi uzun müddət ərzində alıcıların etibarını qazanır. Samsung WF 8590NLW9DYLP modeli öz imkanları və əlverişli qiyməti sayəsində müştərilərimiz tərəfindən çox sevilir.

Cihaz 6 kq qədər çamaşırların yuyulması üçün nəzərdə tutulub. Ölçüləri 60 x 85 x 45 sm, barabanın dərinliyi 45 sm-dir. Sıxma sürəti 1000 döv/dəq-dir. Beləliklə paltarların qurudulmasına çox az vaxt sərf edilir. Paltaryuyan A enerjiistifadə sinfinə aiddir. Cihaz hətta intensiv yuyulma zamanı enerjini çox səmərəli sərf edir. İdarəetmə panelində rəqəmsal displey və 8 yuma proqramı yerləşdirilib. Samsung WF 8590NLW9DYLP-nin digər faydalı xüsusiyyətlərinə nəzər yetirək:

-   Yuyucu vasitə üçün təmiz qanov. Xüsusi suvermə və quruluş sayəsində yuyucu vasitə tamamilə həll olur və qanov təmiz qalır.

-   Parça üçün xüsusi qulluq. Cihaz parçanı qoruyan unikal Diamond Drum barabanı ilə təchiz edilib. Barabanın relyefi sayəsində parça dəliklərin içinə düşüb zədələnmir.

-   29 dəqiqəlik sürətli yuma rejimi.

-   Volt Control funksiyası sayəsində paltaryuyan maşının qəfil gərginlik sıçrayışlarından etibarlı qorunması.

-   Yuyulmanın təxirə salınması. Bu funksiya vasitəsilə yuyulmanın tamamlanma vaxtını təyin edə bilərsiniz.

-   Aqua Stop funksiyası qəza baş verdiyi halda su sızmasının qarşısını alır.

-  Gümüş yuyulma funksiyası ilə əşyalarınız yuyularkən gümüş ionlar sayəsində bakteriyalardan qorunur.

Samsung WF 8590NLW9DYLP kreditlə almaq üçün Kontakt Home mağazalarına müraciət edin. Vaxtınız məhduddursa cəmi 1 klikə məhsulu Kontakt.az onlayn mağazasından sifariş verə bilərsiniz. Əməkdaşlarımız qısa zamanda sifarişinizi qeyd edilən ünvana çatdıracaq. Qiymətə zəmanət və quraşdırılma daxildir.

  • Vasif.

    2020-12-16

nağd alışda

629.99 M

ayda cəmi

28.3 M