Geyimlərinizin ən çətin ləkələrdən belə effektiv və qayğılı təmizlənməsini istəyirsiniz? O zaman sizə HOFFMANN WFL-60010S paltaryuyan maşını lazımdır. Cihaz 23 yuma proqramına sahibdir. İstənilən paltarın materialına, parçanın tərkibinə əsasən rejimi seçib yuma prosesini işə salın. Paltaryuyan avtomatik olaraq suyun temperaturunu, yuma vaxtını və barabanın dövriyyə istiqamətini təyin edir. Nəticədə mükəmməl yuma nəticələri əldə edilir.
Paltaryuyanın 47 sm dərinliyinə baxmayaraq barabanın tutumu 6 kq-dır. Bütün paltarlarınızın yuyulması üçün çox vaxt sərf etməyəcəksiniz. Cihazın korpusu dəbli gümüşi rəngdədir. Üst hissədə yuyucu vasitələr üçün qanov, idarəetmə paneli və iri displey yerləşdirilib. Hündürlük 85 sm, en isə 60 sm-dir. Sıxma sürəti dəqiqədə 1000 dövriyyədir. Yuma sinfi A.
HOFFMANN WFL-60010S intensiv yuma rejimində belə elektrik enerjiyə qənaət edir. Modelin A++ enerjiistifadə sinfinə aid olması bunun göstəricisidir. Yuma zamanı paltaryuyan çox sakitdir və cəmi 59 dB səs səviyyəsi ilə işləyir. Təhlükəsiz istifadəni təmin etmək üçün cihaz uşaqdan müdafiə kilidi, disbalans kontrolu və köpük səviyyəsinin kontrolu ilə təchiz edilib.
HOFFMANN paltaryuyan maşınlarının geniş çeşidi Kontakt Home mağazalar şəbəkəsində təqdim edilib. Sözügedən modelin xüsusiyyətlərini və qiymətini digər paltaryuyanlar ilə müqayisə etmək üçün onlayn mağazamız olan Kontakt.az saytına daxil olun. Üstəlik saytımız vasitəsilə məhsulu evinizə çatdırılma ilə sifariş edə bilərsiniz.