“Qarabağ” Proqramı

Biz “Orduya dəstək” kampaniyası çərçivəsində indiyədək:

 

  • Vətən müharibəsində şəhidlik zirvəsinə ucalan qəhrəmanlarımızın ailə üzvlərinin (ana, ata, həyat yoldaşı və 18 yaşına (ali təhsil alırsa, 23 yaşına) çatmamış övladı) şirkətə olan kredit borcunu ləğv etdik.

 https://oxu.az/society/427296

 

  • Müharibə nəticəsində əmək qabiliyyətini itirmiş qazilərin, eyni zamanda onların ailə üzvlərinin borclarını ləğv etdik;

– Əlillik dərəcəsi II qrup olan müharibə iştirakçılarının borcu tam bağışlanıb;

– Əlillik dərəcəsi I qrup olan müharibə iştirakçılarının özü ilə bərabər, ailə üzvlərinin də (ana, ata, həyat yoldaşı və 18 yaşına (ali təhsil alırsa, 23 yaşına çatmamış övladı) borcu bağışlanıb

https://oxu.az/society/445200

 

 

25.05.2021 tarixinədək şəhid və qazi ailələrinin ümumilikdə 193 307 manat məbləğində borcu biz tərəfdən silinib. Müraciətlər əsasında borcların silinməsi bu gün də davam edir.

01.09.2021 tarixinədək şəhid və qazi ailələrinin ümumilikdə 248 257 manat məbləğində borcu biz tərəfdən silinib. Müraciətlər əsasında borcların silinməsi bu gün də davam edir.

 

  • Vətən müharibəsinin ilk qadın şəhidi Arəstə Baxışovanın övladlarının təhsili üçün onun hər iki övladına ümumilikdə 20000 manat məbləğində maddi yardım etmişik; eyni zamanda pandemiya şəraiti ilə əlaqədar onlayn dərslərdə istifadə üçün onlara elektronika əşyaları hədiyyə etmişik.

https://oxu.az/society/437989

 

  • Döyüşlərdə şəhid olmuş əməkdaşımız Aslan Rzayevin azyaşlı övladının yetkinlik yaşına (18 yaş) çatana qədər aylıq təminat xərclərini və Azərbaycanda universitetə qəbul olduğu təqdirdə dörd illik təhsil haqqını öz üzərimizə götürdük. Bundan başqa, ailəsinə 25 000 manat məbləğində birdəfəlik maddi yardım etdik.

https://oxu.az/war/433430

 

  • Hərbi əməliyyatlar dövründə yaralanan hərbçilərin müalicəsi üçün Silahlı Qüvvələrə Yardım Fonduna 150 000 manat məbləğində maddi yardım etdik

https://oxu.az/war/432477

 

  • Hərbi əməliyyatlarda iştirakla bağlı çağırılan müştərilərin və onların ailə üzvlərinin bütün səfərbərlik müddətindəki kredit ödənişlərini dondurmuşduq.

https://oxu.az/society/426161

 

  • Müharibə dövründə öz mağazalarımızda cəbhəyə pay üçün toplama məntəqələri yaratdıq və “166 Yükdaşıma və Logistika” şirkəti ilə birlikdə həmin yardımların ön cəbhəyə çatdırılmasına köməklik etdik.

https://oxu.az/society/433755

 

  • Səfərbərliklə bağlı müharibəyə yollanan 97 nəfər əməkdaşımızın ailəsinə ümumilikdə 50 000 manat məbləğində yardım etdik, müharibəyə yollanan əməkdaşların əmək haqlarını olduğu kimi saxlanılıb.

https://oxu.az/ict/426547

 

  • Biz “Azərpoçt” MMC ilə birgə cəbhədə döyüşən əsgərlərimizin ruh yüksəkliyini dəstəkləmək üçün onlara sizin məktublarınızı göndərdiq.

https://qafqazinfo.az/news/detail/kontakt-home-mektublarinizi-esgerlere-gonderecek-301655

 

  • Aprel döyüşlərində və ötənilki Tovuz döyüşlərində Vətən uğrunda canlarından keçmiş şəhidlərin övladlarlarına onlayn dərslərdə istifadə üçün noutbuklar hədiyyə etdik.

https://modern.az/az/news/264755

 

  • Vətən müharibəsində iştirak etmiş bütün əməkdaşlarımızı şəhidimiz Aslan Rzayevin adı ilə bağlı olan “Aslan ürəkli” nişanlarını ilə təltif etmişik. Əlavə olaraq, Aslan şəhidimizin xatirəsini əbədiləşdirmək üçün isə onun çalışdığı “Bakıxanov Stansiyası” mağazasında Aslan Rzayevin adına guşə yaratmışıq və ailə üzvləri ilə birlikdə açılışında iştirak etmişik.

 

https://www.facebook.com/163678950472153/videos/468051110894237

 

Göründüyü kimi “Kontakt Home” tərəfindən “Orduya dəstək” kampaniyası çərşivəsində indiyədək könüllü şəkildə ümumilikdə bir milyon manatdan artıq yardımlar həyata keçirilib.