Müştərilərə güzəşt proqramı.

                                                 

 

      “Müştəri güzəşt proqramı” çərçivəsində minlərlə müştərinin mart ayı üzrə ödənişlərinə güzəşt tətbiq edərək 1 AYLIQ ertələmişdik.

 

Kontakt Home müştərilərin aylıq ödənişlərinə aprel ayı üçün 1 aylıq güzəşt müddəti tətbiq edir və həmin müddətdə ödənilməyən borclara görə hər hansı gecikmə hesablanmayacaq.

 

 

  1.   Ödənişimin vaxtı 25-31 martda idi, necə olacaq? 

 

                                                            Narahatlığınıza əsas yoxdur, 25 – 31 mart tarixlərinə düşən ödəniş günləri may ayının 1-nə ertələnir.

 

  1.       Ödəniş günüm apreldədir, nə vaxt ödəməliyəm?

 

                                                            Əgər ödəniş gününüz Aprel ayındadırsa, ödənişinizi May ayınının həmin günü həyata keçirə bilərsiniz.

 

Məsələn, ödənişiniz aprel 7–dirsə, mayın 7-i ödəyə bilərsiniz və bu halda sizə heç bir gecikmə hesablanmayacaq.

 

 

  1.       May ayında 2 ayın ödənişini birlikdə etməliyik?

 

                                                            Xeyr, May ayının ödənişini növbəti ay (İyun) həyata keçirmək mümkündür. Ödəniş müddəti 1 ay uzadıldığı üçün May ayında 2 ayın ödənişi tələb olunmayacaq.

 

 

  1.       Ödəniş günüm 15-25 mart aralığı idi gecikmə hesablanacaq?

 

                                                            Ödəniş gününüz 15-25 mart tarixlərinə düşürsə və ödənişi etməkdə çətinlik yaşayırsınızsa, bizə sosial şəbəkə səhifələrimizdən və ya *6060 Çağrı Mərkəzimizə zəng edərək qeyd edə bilərsiniz.

Bu zaman təqdim etməli olduğunuz məlumatlar: ad, soyad, ata adı, aktiv əlaqə nömrəniz, aktiv borcu olan məhsulun adını, iş yerinizin adını, vəzifənizi və işdəki səlahiyyətli şəxsin (HR, administrator və s) əlaqə nömrəsi.

 

Müraciətinizlə bağlı araşdırılma aparıldıqdan sonra sizə məlumat təqdim ediləcək.

 

                                                                                                                           

  1.       15 mart tarixindən öncəki gecikmələr üçün də güzəşt edirsiz?

 

                                                              Xeyr, 15 mart tarixindən öncəki gecikmələrə güzəşt şamil olunmur.