Jurnal masalar
Jurnal masalar qonaq mebellərinin bir parçası olub, həm xüsusi görünüşü, həm də funksionallığı ilə seçilir. Onların üzərinə dekorativ əşyalar və ya çərəzlər qoya bilərsiniz. Eyni zamanda qonaqlarınız gəldikdə çay və qəhvə üçün də istifadə edə bilərsiniz.
Jurnal masalar və onların modelləri
Jurnal masalar bir çox fərqli modellərdə istehsal olunurlar. İnteryerinizə uyğun olaraq istər modern, istərsə də klassik üslubda fərqli jurnal masası modelləri tapmaq mümkündür. Əsasən şüşə elementlərlə hazırlanmış jurnal masalar diqqət çəkir.