Hoffmann MRAC-12/HEB qiymət və parametrlər baxımından Kontakt Home mağazalarında alıcılar tərəfindən çox sevilən modellərdəndir. Kondisionerin əsas iki rejimi var – isitmə və soyutma. R410A soyutma maye və 12000 BTU güc sayəsində 30-40 m² sahəli otaq tez bir zamanda soyudulur.
Split sistem xarici və daxili bloklardan ibarətdir. Xarici blok 36 dB səs səviyyəsi ilə işləyir. Artıq səs-küy sizə mane olmayacaq.
Cihazın əlavə rejimləri mövcuddur:
- Qurutma rejimi – havada rütubət səviyyəsi normadan çox olanda istifadə edilir. Bundan başqa qurutma rejimi işə düşəndə otaqda temperatur aşağı düşür. Nəmişliyin və kif əmələ gəlməyin qarşısı alınır.
- Ventilyasiya rejimi – künclərdə və tavanın altında yığılan isti havanın bərabər paylanılması üçün çox effektivdir. Daha çox qışda istifadə edilir.
Cihazın avtomatik sönmə və yanma vaxtını təyin etmək üçün taymer mövcuddur. Pult vasitəsilə lazım olan vaxtı seçib rahat işlərinizlə məşğul ola bilərsiniz. Evə qayıtmağınıza bir müddət qalmış qeyd etdiyiniz vaxtda kondisioner soyutma rejimini işə salacaq.
Kondisioner çox asan quraşdırıla bilir. Müasir və dəbli dizaynı sayəsində həm ev həm ofis interyerinə ideal uyğunlaşacaq.
Hoffmann MRAC-12/HEB Bakıda münasib qiymətə Kontakt Home mağazalarından ala bilərsiniz. Əməkdaşlarımız qeyd edilən modelin bütün xüsusiyyətləri barəsində sizə ətraflı məlumat verəcək.
Qeyd: Kondisionerin təsir sahəsi bu xüsusiyyətlərə görə dəyişə bilər: Tavanın hündürlüyü, günəş işığının düşmə bucağı, otaqda olan sakinlərin sayı, mütəmadi istifadə olunan avadanlıqların ( televizor, notbuk, soyuducu və.s ) sayı, pəncərənin ölçüləri və s.
Zakir.
2021-08-18
2 eded almshiq yaxshi kondisionerdi. Wi-fi de var. Telefonnanda idare olunur