Kataloq
Qiymət
Bir kliklə al

iPhone 13 Pro Max 1TB Alpine Green

0 100
0.0
Hələ heç bir istifadəçi rəy yazmayıb
Mövcud deyil
SKU: TM-DG-SBP-1105-SM-1707
Цвет
Ucuzdan bahaya Bahadan ucuza
Память
От дешевых к дорогим От дорогих к дешевым
-150 ₼
4.299,99 ₼
4.149,99 ₼
Hissəli alış kalkulyatoru
Şərtlər endirimsiz qiymətə tətbiq olunur
6 ay
9 ay
12 ay
15 ay
18 ay
Aylıq ödəniş ------
Təsvir
İstifadəçi rəyləri

iPhone 13 Pro Max 1 TB qiyməti Kontakt.az saytında təqdim edilib. Smartfon güclü Apple A15 Bionic çipi üzərində işləyir. iOS 15 əməliyyat sistemi rahat istifadəni təmin edir.

iPhone 13 Pro Max 1TB modeli ilə daha öncə sahib olmadığınız imkanlardan faydalanacaqsınız. Yeni Apple smartfonu ağlasığmaz gücə, tükənməyən enerjiyə və maksimum yaddaşa sahibdir.

Görünüş və Ekran

Smartfon unikal Alpine Green rəngində təqdim edilib. Paslanmayan poladdan hazırlanan parlaq çərçivə sayəsində smartfon premium görünüşə sahibdir. Ön panel möhkəm Ceramic Shield materialı ilə qorunur. Bu innovativ material sayəsində ekranın zərbələrə davamlılığı 4 qat artırılıb. Arxa panel mat şüşə ilə örtülüb. Smartfon əldə rahat yerləşir. Korpusda istifadə edilən materiallar, parlaq və toxunuşlara həssas displey sayəsində cihazı əlinizdən buraxmaq istəməyəcəksiniz. IP68 qorunma dərəcəsinə sahib iPhone Pro Max suya və toza qarşı davamlıdır.

6.7 düymlü OLED displey işıqlandırmadan asılı olmayaraq görüntünü parlaq ötürür. Yeni iPhone 13 Pro modellərində ilk dəfədir ki, ProMotion texnologiyası istifadə edilir. İzlədiyiniz kontentdən asılı olaraq ekran tezliyi avtomatik olaraq 10-120 Hz arası dəyişir. Görüntü üçün yüksək detallıq lazım olanda tezlik 120 Hz qədər qaldırılır. Smartfonu adi rejimdə istifadə etdiyiniz zaman isə ekran tezliyi azalır. Nəticədə, smartfon enerjini daha səmərəli sərf edir.

Məhsuldarlıq və Avtonomluq

iPhone 13 Pro Max smartfonunun gücü yeni Apple A15 Bionic çipi sayəsində artırılıb. 6 nüvəli mərkəzi prosessor sistem proseslərini, enerjinin sərf edilməsini, kamera və üz tanıma sistemlərinin işini optimallaşdırır. 5 nüvəli qrafik prosessor sayəsində iPhone 13 Pro Max digər smartfonlarla müqayisədə qrafikanı 50% daha sürətli emal edir. iOS 15 əməliyyat sistemi interfeysin stabilliyini və çevikliyini təmin edir. Sözügedən model iPhone modelləri arasında ən böyük daxili yaddaşa sahibdir. Təqdim edilən 1 TB istənilən məlumatın saxlanılması üçün kifayət edir. iPhone-a hətta HD keyfiyyətində film yükləyə bilərsiniz.

iPhone 12 Pro Max ilə müqayisədə yeni modelin avtonom işləmə müddəti 2.5 saat artırılıb. 4373 mAh həcmli batareya aktiv istifadə üçün nəzərdə tutulub. Cihazın enerjisi 95 saatadək fasiləsiz musiqi dinləmək üçün kifayət edir.

Kameralar

Apple iPhone 13 Pro Max modeli daha güclü kameralarla təchiz edilib. Yenilənmiş 77 mm telefoto kamera 3X optik zoom-a sahibdir. Bu xüsusiyyət sayəsində makro rejimdə çəkiliş edə bilərsiniz. Beləliklə, cihaza əlavə makro kamera yerləşdirməyə ehtiyac qalmır. 12 meqapikselli ultra geniş bucaqlı kamera avtofokusa sahibdir. Avtofokusun köməkliyi ilə smartfonu çəkiliş obyektindən 2 sm aralıqda tutsanız belə yüksək detallığa sahib kadrlar əldə edəcəksiniz.

iPhone 13 Pro Max köməkliyi ilə mükəmməl qrup şəkilləri yaradacaqsınız. “Smart HDR 4” rejimi ilə obyektivə düşən hər bir nəfər üçün parlaqlıq və kontrast individual olaraq tənzimlənir. Dəri tonu isə təbii qalır. Nəticədə, daha keyfiyyətli kadrlar əldə edilir.

Apple-dan daha bir yenilik – “Kinoeffekt” rejimi. Bu rejim vasitəsilə iPhone 13 Pro Max smartfonuna film çəkmək mümkündür. A15 çipinin alqoritmləri çəkiliş zamanı arxa fona bulanıq effekti tətbiq edir. Bu zaman fokus bir obyektdə cəmlənir. Kadra ikinci obyekt düşən kimi fokus avtomatik olaraq yeni obyektə yönləndirilir. Obyektivin yenilənmiş dizaynı sayəsində ultra geniş kamera makro rejimdə bənzərsiz videolar yarada bilir.

Öz rəyinizi bizimlə paylaşın
1
2
3
4
5
Rəy yaz
Video consulting
LifeChat consulting
Video consulting
Mobile consulting container 1

Hesab və ayarlar

Aylıq Ödəniş
Əlaqə:: *6060
Şifrənin sıfırlanması

Şifrəni sıfırlamaq üçün e-poçtunuzu daxil edin.

Şifrəni təyin etmək

Şifrə dəyişdirilib
Yeni şifrə ilə hesabınıza daxil ola bilərsiniz
Qeydiyyatdan keçmisiniz?
Qeydiyyatı tamamlamaq üçün sizin e-poçt ünvanına link göndərilib. Lütfən, e-ünvanızı təsdiqləyin.
E-mail göndərilib
Qeydiyyatı tamamlamaq üçün sizin e-poçt ünvanına link göndərilib. Lütfən, e-ünvanızı təsdiqləyin.
Şəxsi hesab
Şəxsi hesabın üstünlüklərindən yararlanmaq üçün daxil olmaq və ya qeydiyyatdan keçməyi tövsiyə edirik.