iPhone 13 Pro Max qiyməti ilə Kontakt.az saytında tanış olun. Yeni iPhone kameraları peşəkar keyfiyyətində şəkillər yaradır. Apple iPhone 13 Pro Max 128 GB yaddaşa sahibdir.
Məhsuldarlığı və sürəti ilə seçilən smartfon axtarırsınızsa seçiminizi iPhone 13 Pro Max modellərində dayandırın. Yeni Alpine Green rəngində təqdim edilən smartfon geniş imkanlara sahibdir. Yeni Apple A15 çipi cihazın sürətini və funksionallığını artırdı. Telefon vasitəsilə hətta film çəkmək olar.
Görünüş və Ekran
Smartfon heyranedici görünüşə sahibdir. Hamar şüşədən hazırlanan panellər metal çərçivə ilə birləşir. 6.7 düymlü OLED displey innovativ Ceramic Shield materialı ilə örtülüb. Nəticədə, displeyin zərbələrə davamlılığı 4 qat artırılıb. Smartfonu üzü üstə yerə salsanız belə ekran zədələnməyəcək. Bununla yanaşı, cihazın gövdəsi su və tozdan qorxmur. IP68 qorunma dərəcəsi sayəsində Pro Max-ın üzərinə su tökülsə belə narahat olmayacaqsınız.
Mükəmməl Super Retina XDR ekranın parlaqlığı 20% artırılıb. Bu isə o deməkdir ki, günəşli gündə gəzinti zamanı rahat xəbər lentini oxuya, istənilən videonu izləyə biləcəksiniz. 120 Hz qədər artan ekran tezliyi hamar keçidlər təmin edir və görüntünün keyfiyyətini artırır.
Məhsuldarlıq və Avtonomluq
13-cü Pro Max Apple brendinin istehsal etdiyi ən yeni çip üzərində işləyir. A15 Bionic çipi sistem proseslərini, enerjinin səmərəli sərf edilməsini, kamera və üz tanıma sistemlərinin işini effektivləşdirir. 5 nüvəli qrafik prosessor qrafikanı daha sürətli emal edir. Nəticədə, istənilən oyunlar keyfiyyətli animasiya ilə təmin edilir və döyüş səhnələrdə belə detallıq itmir. Smartfon 128 GB daxili yaddaşla təmin edilib, əməliyyat sistemi iOS 15-dir.
Öncəki modellərlə müqayisədə smartfonun avtonom işləmə müddəti artırılıb. 4352 mAh həcmli batareya sayəsində iPhone 13 Pro Max ilə çətin tapşırıqları sürətli həll edib günün sonunadək enerjisiz qalmayacaqsınız.
Kameralar
iPhone 13 Pro Max smartfonunun yenilənmiş kamera sistemini qarşılayın! Böyüdülmüş kameralar daha çox işıq və detallar tuta bilir. 77 mm telefoto kamera 3X optik zoom-a sahibdir. Nəticədə, bu kamera vasitəsilə makro rejimdə foto və video çəkiliş edə biləcəksiniz. Ultra geniş bucaqlı kamera avtofokusa sahibdir və obyektdən 2 sm aralıqda detallı kadrlar yaradır.
iPhone 13 Pro Max qrup şəkillərinizin keyfiyyətini artıracaq. "Smart HDR 4" rejimi kadrda olan hər bir nəfər üçün parlaqlıq və kontrast individual tənzimləyir. Eyni zamanda dəri tonu təbii qalır. "Smart HDR 4" parlaq və təbii şəkillər üçün yaradılıb.
Video çəkməyi sevirsinizsə yeni "Kinoeffekt" rejimini çox bəyənəcəksiniz. Artıq smartfonunuza film çəkə biləcəksiniz. Apple A15 çipinin alqoritmləri çəkiliş zamanı arxa fona bulanıq effekti tətbiq edir. Bu zaman fokus bir obyektdə cəmlənir. Kadra ikinci obyekt düşən kimi fokus avtomatik olaraq yeni obyektə yönləndirilir.