iPhone 13 Pro qiymeti və parametrləri ilə tanış olub əldə etmək üçün Kontakt az saytına daxil olun. Yeni iPhone 77 mm telefoto, 12 meqapikselli geniş və ultra geniş kameralara sahibdir.
iPhone 13 Pro keyfiyyəti, funksionallığı və güclü kameraları sayətində istifadəçiləri tərəfindən yüksək qiymətləndirilib. Smartfon 6.1 düymlü parlaq ekrana, daha həcmli batareyaya və sürətli prosessorlara sahibdir.
Görünüş və Ekran
Alpine Green rəngində təqdim edilən iPhone 13 Pro suya və toza davamlı olan korpusa malikdir. IP68 qorunma dərəcəsi smartfonu güclü su damcılarına davamlı edir. Mat şüşə ilə örtülmüş arxa panelin üzərində müasir kamera bloku, fləş və Lidar skaneri yerləşdirilib. Yan çərçivə paslanmayan poladdan hazırlanıb. 6.1 düymlü OLED displey zərbələrə daha davamlı olub. Xırda cızıqlardan və güclü zərbələrdən onu möhkəm Ceramic Shield örtüyü qoruyur. Böyük displeyə baxmayaraq smartfonu bir əllə rahat tutub istifadə edəcəksiniz.
Super Retina displeyin parlaqlığı 70% artırılıb. Nəticədə, günəş işığı altında belə sevdiyiniz serialın yeni bölümünü izləyə biləcəksiniz. Nəzərinizdən heç bir xırda detal qaçmayacaq. iPhone 13 Pro modelinin maksimal ekran tezliyi 120 Hz təşkil edir. Batareyanın enerjisini səmərəli sərf etmək üçün ProMotion texnologiyası mövcuddur. Yüksək detallıq tələb olunanda ProMotion ekran tezliyini 120 Hz qaldırır. Adi istifadə rejiminə keçəndə isə ekran tezliyi 60 Hz qədər azalır.
Məhsuldarlıq və Avtonomluq
Kontakt Home iPhone 13 Pro modelinin yeni çipi barəsidə geniş məlumat təqdim edir. Apple A15 Bionic çipi mərkəzi və qrafik prosessorlarının işini idarə edir. Əlavə olaraq çip kamera və təhlükəsizlik sistemlərini optimallaşdırıb batareyanın enerjisini daha səmərəli sərf edir. Yeni iPhone iOS 15 əməliyyat sistemi üzərində işləyir. Onun sayəsində interfeysə yeni funksiyalar əlavə edilib. SharePlay vasitəsilə dostlarınızla videozəng zamanı ekran görüntüsünü bölüşə, video izləyə, musiqi dinləyə bilərsiniz. Bundan başqa mikrofon təkmilləşdirilib. Əlavə rejimlər vasitəsilə səs-küylü otaqda və ya küləkli havada çöldə olsanız səsiniz aydın ötürüləcək.
3125 mAh həcmli batareya sayəsində iPhone 13 Pro-nun avtonomluğu artırılıb. Smartfonu gündəlik yazışma, zənglər, videoların izlənilməsi və sosial şəbəkələrinizi yoxlamaq üçün istifadə edirsinizsə onun enerjisi növbəti günə qədər kifayət edir. Bu model aktiv istifadə üçün yaradılıb. Sərf edilən enerjinin bərpa edilməsi üçün isə çox az vaxt tələb olunur.
Kameralar
Təkmilləşdirilmiş kamera sistemi ilə şəkillərinizlə hər kəsi heyran edəcəksiniz. Yenilənmiş kamera modulları daha çox işıq və detallar tuta bilir. Optik stabilləşmə və hərəkət edən matris ilə istənilən vəziyyətdə görüntünün sabitliyini təmin edilir. Bir barmaq toxunuşu ilə ideal kadr yaradın.
77 mm telefoto kamerası həm adi rejimdə, həm də makro rejimində şəkillər yarada bilir. Ultra geniş bucaqlı kameranı çəkiliş obyektindən 2 sm aralıqda tutanda belə kadr detallı alınır. Daha çox detallar üçün Deep Fusion texnologiyası mövcuddur. Nəticədə, müxtəlif səthlərin, parçanın teksturası asanlıqla əks etdirilir.
Şəkillərinizin keyfiyyətini daha da artırmaq üçün smartfona yeni rejimlər əlavə edilib. “Kinoeffekt” rejiminin köməkliyi ilə iPhone 13 Pro videolara Boke effektini tətbiq edə bilir. Bu effektdən həm çəkiliş zamanı, həm çəkilişdən sonra istifadə edə bilərsiniz. “Photographyc styles” şəkillərinizə seçdiyiniz ton və rənglərin kontrastını seçməyə imkan yaradır. Eyni zamanda dərinizin rəngi təbii qalır.