2021-ci ildə Apple brendi öz pərəstişkarlarını yeni iPhone ilə sevindirdi. Sentyabr ayında təqdim edilən smartfon qısa müddət ərzində dünyada ən çox satılan smartfonlar siyahısına daxil ola bilib. iPhone 13 Kontakt Home saytında Starlight rəngində təqdim edilib.
Dizayn və Displey
Klassik ağ iPhone sevənlər yenilənmiş Starlight rəngini bəyənəcəklər. Arxa paneli örtən hamar şüşə möhkəmliyi ilə seçilir. Alüminiumdan hazırlanan çərçivə əldə rahat yerləşir. Ön panel ekranın zərbələrə davamlılığını 4 qat artıran Ceramic Shield ilə qorunur. Super Retina XDR displeyin üst hissəsində TrueDepth kamerası mövcuddur. Apple A15 Bionic prosessoru sayəsində ön kamera Face ID dəstəkləyir. Nəticədə smartfonu sürətli və təhlükəsiz şəkildə blokdan çıxardacaqsınız.
6.1 düymlü ekranın parlaqlığı 20% artırılıb. Ətrafınızdakı işıqlandırmadan asılı olmayaraq asanlıqla HD keyfiyyətində videolar izləyəmək olar. Yüksək ekran tezliyi, inanılmaz detallıq və təbii rənglər sayəsində kontentə tam dalma effekti əldə edilir.
Məhsuldarlıq və Avtonomluq
iPhone 13-ün fundamental yeniliyi Apple A15 Bionic çipidir. 50% daha sürətli olan çip smartfonda yerinə yetirilən bütün prosesləri idarə edir. Nəticədə, çətinliyindən asılı olmayaraq smartfon istənilən tapşırıqların öhdəsindən asanlıqla gələ bilir. Yeni çip mobil oyun pərəstişkarlarını da sevindirəcək. 4 nüvəli qrafik prosessorun köməkliyi ilə vizual effektlərdən həzz alacaqsınız. Bundan başqa sözügedən çip kamera sisteminin işini daha keyfiyyətli edib.
Əlavə edilən bütün funksiyalarla yanaşı smartfonun batareyadan işləmə müddəti də artırılıb. 3240 mAh həcmli batareya və enerjinin effektiv sərf edilməsini təmin edən A12 Bionic sayəsində iPhone 13 modelini günün sonunadək şarj etməyə ehtiyac qalmayacaq. iPhone 13 üçün təqdim edilən maksimal yaddaş 512 GB-dır. Bu da böyük həcmli videoların çəkilməsi və smartfonda saxlanılması üçün kifayət edir.
Kamera Bloku
iPhone 13 smartfonunun arxa panelində 2 ədəd güclü kamera yerləşdirilib. Optik stabilləşmə və hərəkət edən matrisin köməkliyi ilə istənilən şəraitdə ideal kadrlar əldə edilir. 12 meqapikselli geniş bucaqlı kamera 47% daha çox işıq tutur, ultra geniş bucaqlı kameranın keyfiyyəti sayəsində isə şəklin tünd olan hissələrində daha çox detallar əks edilir.
iPhone 13 yüksək keyfiyyəti ilə seçilən videolar yarada bilir. Aktiv hərəkət edən obyektlərin çəkilişi zamanı belə görüntü maksimal olaraq sabitdir. Unikal kadrlar yarada bilməyiniz üçün yeni smartfona “Kinoeffekt” rejimi əlavə edilib. Bu rejim filmlərin yaradılmasında istifadə edilən effekti videolarınıza tətbiq edir.
Dostlarınızla qrup şəklində fotoların yaradılmasında “Smart HDR 4” texnologiyası kömək edəcək. Hər bir nəfər üçün parlaqlıq və kontrast individual olaraq tənzimlənir. Artıq “Bu şəkildə mən pis alındım” ifadəsini eşitməyəcəksiniz. Ən əsası isə ön kamera sözügedən texnologiyanın və “Photographic Style” şablonlarının işini dəstəkləyir. Şablonların köməkliyi ilə şəklin müxtəlif hissələrini ayrı-ayrılıqda redaktə etmək olar. Bu zaman dərinin tonu saxlanılır və təbii şəkillər əldə edilir.