Kontakt Home iPhone 13 Pink smartfonunu əlverişli qiymətə onlayn əldə etməyi təklif edir. Smartfon sürətli Apple A15 Bionic prosessoruna və 12 meqapikselli kameralara sahibdir.
Dizayn
Çəhrayı rəngə sahib olan yeni iPhone 13 256 GB modeli yüksək məhsuldarlığa sahibdir. Alüminium çərçivə hamar şüşədən hazırlanan arxa paneli 6.1 düymlü Super Retina XDR displeyi ilə birləşdirir. 174 qram çəkisi sayəsində smartfon bir əllə rahat idarə edilə bilir. Ekran Ceramic Shield örtüyü ilə cızıqlardan və zərbələrdən qorunur. Şəxsi məlumatlarınızın etibarlı şəkildə saxlanılmasını təmin etmək üçün smartfonda üz tanıma mövcuddur. Üst hissədə TrueDepth kamerası üz cizgilərinizi skan edib telefonu etibarlı şəkildə blokdan çıxardır.
Məhsuldarlıq və Avtonomluq
Yüksək məhsuldarlıqla iPhone 13 modelini yeni Apple A15 Bionic çipi təmin edir. Prosessor bütün sistem proseslərini idarə edir. Nəticədə, şəkillərin və qrafikanın emalı sürətləndirildi, batareyanın enerjisi isə daha qənaətli sərf edilir. Üz tanımanın işini təkmilləşdirən A15 Bionic məlumatlarınızın təhlükəsizliyi təmin edir. Digər prosessorlarla müqayisədə Apple A15 çipi 50% daha sürətlidir. Batareyanın 3240 mAh təşkil edir. Nəticədə, smartfonun istifadə müddəti 2,5 saat artırılıb. iOS 15 əməliyyat sistemi cihazın funksionallığını artırıb istifadəni asanlaşdırdı.
Kamera Bloku
iPhone 13 modelinin ən çox gözlənilən yeniliyi əlbəttə ki, kameralar blokudur. Hərəkət edən matris sayəsində stabilləşmə sisteminin işi optimallaşdırılıb. Nətidəcə, "Gecə" rejimində daha dəqiq kadrlar əldə etmək mümkündür. Hərəkət etdiyiniz zaman çəkilən videolar isə sabit görüntü ilə sizi sevindirəcək. Tətillərinizdən daha çox xatirələr gətirəcəksiniz.
Digər yenilik "Photographic Style" şablonlarıdır. Bu funksiya vasitəsilə kadrın ayrı-ayrı hissələrini redaktə etmək olar. Təyin etdiyiniz dəyişikliklər çəkiliş zamanı yeni yaradılan şəkillərə tətbiq edilir. Video çəkilişə aid olan yenilik "Kinoeffekt" rejimidir. Sözügedən rejimdə axra fona bulanıq effekti tətbiq edilir və obyekt avtomatik olaraq ön plana çıxarılır.