Yeni iPhone 12 Pro Max, böyük ekranı və premium dizaynı ilə ilk baxışdan hər kəsi heyran edir. Arxa korpusu tamamilə matdır və paslanmayan poladdan hazırlanıb. Yan tərəflər aydın və parlaqdır. Ekran innovativ Ceramic Shield ilə etibarlı şəkildə qorunur. Bu unikal örtük sayəsində telefonun zədələnməyə qarşı davamlılığı 4 qat artırılıb. Əlavə olaraq su və tozdan yüksək səviyyədə qorunması var.
Face ID daha da təkmilləşdirilib - infraqırmızı sensorlar istifadəçinin üz cizgilərini fərqli işıqlandırmada belə skan edə bilir.
A14 Bionic prosessor və 6GB operativ yaddaş cihazı daha da sürətləndirib. Eyni zamanda akkumulyatorun enerjisi qənaətli sərf edilir.
Smartfon mövcud işıqlandırmaya uyğunlaşa bilir və görüntünün rənglərini mükəmməl şəkildə təkrarlayır.
iPhone 12 Pro Max Lidar skaneri ilə təchiz edilmişdir. Ətrafı skan edib yaxında olan obyektlərin relyefini və konturlarını təyin edə bilir. Bu texnologiya geodeziyada işlədilir və cihaz istifadəçilər üçün inanılmaz imkanlar yaranır. Lidar sayəsində otaq divarlarının uzunluğunu və hündürlüyünü, obyektlə aranızda olan məsafəni dəqiq ölçə bilərsiniz. Əlavə yüklənilən tətbiqlər sayəsində hətta eviniz üçün 3D planı yaratmaq mümkündür.
iPhone 12 Pro Max fantastik kamera sisteminə malikdir. İndi ön və geniş bucaqlı kameralarla gecə rejimində çəkiliş etmək olur. Smartfon 27% daha çox işıq tuta bilir. Zəif işıq şəraitində, buludlu havada belə keyfiyyətli fotoşəkillər çəkə bilərsiniz.
Optik sabitləşmə 5 dəfə sürətləndirilib, daha aydın və detallı fotoşəkillər əldə edəcəksiniz. Video çəkiliş zamanı görüntü maksimal sabitləşdirilib. Cihaz birbaşa Dolby Vision standartında video çəkə bilir.
Apple məhsulları bütün Kontakt Home filiallarında geniş çeşiddə təqdim edilib. iPhone 12 Pro Max Kontakt Home filiallarından zəmanət və çatdırılma ilə ala bilərsiniz. Seçməkdə çətinlik çəkirsinizsə, təcrübəli məsləhətçilərimiz sizə kömək edəcək və bütün suallarınızı cavablandıracaq.