Keyfiyyətli smartfon deyəndə ağla ilk olaraq nə gəlir? Əlbəttə ki, Apple şirkəti. iPhone 12 peşəkar kameraları, zərif yaşıl rəngi və ağlasığmaz məhsuldarlığı ilə istifadəçilərini sevindirir. İmkankarı kimi cihazın xarici görünüşü də sizi heyran edəcək. Arxa və ön paneli şüşədən hazırlanıb. Ceramic Shield örtüyü sayəsində ön panelin cızıqlara və zərbələrə davamlılığı 4 qat artırılıb. Yan hissələr alüminiumdandır. Korpus suya davamlıdır və IP68 qorunma dərəcəsinə sahibdir. Ön paneldə kamera, dərinlik sensoru və məlumatlarınızın təhlükəsizliyini təmin edən Face ID sensoru yerləşdirilib. Təhlükəsizlik sensoru daha da təkmilləşdirilib. İstənilən işıq səviyyəsində, ekrana düz baxmasanız belə cihazı blokdan çıxara biləcəksiniz. Arxa paneldə kamera bloku, flaş və mikrofon var.
Yığcamlığı, korpusun hamarlılığı və yüngül çəkisi sayəsində smartfonu əldən buraxmaq istəməyəcəksiniz. Toxunuşlara həssas sensor smartfon istifadəsini asanlaşdırır. Super Retina XDR OLED displey görüntü mükəmməl təsvir edir. Rənglər ekrana real və düzgün ötürülür. Apple A14 Bionic prosessor sayəsində cihaz istənilən tətbiqləri və oyunları sürətli işə salır.
iPhone 12-nin arxa panelində 12 meqapikselli əsas və geniş bucaqlı kameralar yerləşdirilib. Avtofokus sayəsində əsas kamera hətta hərəkət zamanı peşəkar keyfiyyətli şəkillər yarada bilir. Gecə rejimi ilə axşam vaxtı şəhərin rənglərini və dinamikliyini tuta biləcəksiniz. Kamera 4K video çəkə bilir. Görüntü stabil və detallıdır. Ön kamera 12 meqapikseldir və boke effekti ilə selfi çəkir.