Hissə-hissə ödənişlə məhsul alanlara standart tələblər:

Odəniş valyutası

Manat

Xidmət haqqı

Məişət texnikası – 5-8%

Elektronika – 5-8%

Mobil telefon – 5-8%

Mebel – 0%

Sığorta

0%

Müştərinin yaşı

18 yaşına çatmış Azərbaycan Respublikasının vətəndaşı

Tələb edilən sənədlər

Yalnız şəxsiyyət vəsiqəsi. Şəxsiyyət vəsiqəsi təqdim edə bilməyən dövlət qulluqçuları (hərbçilər və s.) şəxsiyyət vəsiqəsini əvəz edən sənədi təqdim etməklə hissə-hissə ödənişlə məhsul əldə edə bilər. Hərbi hissə Bakı, Sumqayıt və Abşeron rayonlarında yerləşməlidir

Qeydiyyatı

Bakı, Abşeron, Sumqayıt, Gəncə. Digər rayonlarda qeydiyyatı olan müştərilər hissə-hissə ödəniş şərtlərindən yararlanmaq üçün Bakı, Abşeron, Sumqayıt və Gəncə şəhərlərində qeydiyyatı olan zamin təqdim etməlidirlər.

 

Kontakt Home mağazalarında hər növ rəqəmsal texnika, məişət texnikası, mebellər 24 ayadək hissə-hissə ödəniş şərtlərilə müştərilərə təqdim olunur. Mebelləri, həmçinin, 12 ay faizsiz şərtlərlə də əldə etmək imkanı var.

Təkrar müştərilərə güzəştli hissə-hissə ödəniş şərtləri

Kontakt Home mağazaları təkrar müştərilərinə güzəştli hissə-hissə ödənişlə məhsul almağı təklif edir. Əvvəlki alışları zamanı gecikmələri olmayan sadiq müştərilərimiz Kontakt Home mağazalarından hissə-hissə ödənişlə aldıqları məhsulları ilkin ödənişsiz (mobil telefonlar istisna olmaqla) əldə edə bilərlər. Hər zaman təkrar müştərilərinə dəyər verən Kontakt Home mağazaları onlara sərfəli şərtlərlə geniş çeşiddə və müxtəlif brendlərdən olan məhsulları təklif etməkdə davam edir.

Tələbələrə hissə-hissə ödəniş şərtləri

Kontakt Home tələbə vətəndaşlarımızı da yaddan çıxarmır və onlar üçün rahat hissə-hissə ödəniş şərtləri təklif edir. Tələbə biletini və şəxsiyyət vəsiqəsini təqdim edən şəxs tələbələr hissə-hissə ödəniş şərtindən yararlana bilər. Tələbənin Bakı və ya rayon qeydiyyatında olmasının heç bir önəmi yoxdur. Tələbə hissə-hissə ödəniş şərti 1, 2, 3-cü kurs tələbələrinə (həmçinin Tibb Universiteti 4 və 5-ci kurslarına) şamil olunur. 

Ətraflı: *6060

Yuxarı