30 günə dəyiş-qaytar
Geri qaytarma və dəyişmə müddətini iki dəfə uzatdıq!
Artıq Kontakt.az saytından onlayn əldə edilən məhsulları 30 gün ərzində qaytarmaq və dəyişdirmək mümkündür.
1.Bunun üçün məhsul aşağıdakı şərtlərə uyğun olmalıdır
-istifadə edilməməlidir;
-komplektasiyası tam olmalıdır;
-qablaşdırılması pozulmamalıdır;
-zədə almamalıdır;
-alışa dair sənədlər (ödəniş qəbzi,ödəniş cədvəli və.s) təqdim olunmalıdır;
İstisna: Şəxsi gigiyena məhsulları qablaşdırılması möhürlənməyibsə və ya məhsulda istehsal qüsuru aşkarlanmayıbsa, o zaman heç bir halda geri qaytarma və dəyişdirmə prosesi baş tutmur.
2.Geri qaytarma və dəyişmə proseduru aşağıdakı formada aparılır:
-müştəri *6060 və ya 012 310-24-24 zəng mərkəzinə müraciət edərək məhsulun qaytarılması və ya dəyişdirilməsi ilə bağlı məlumat verir;
-məhsulla (kiçik ölçülü) birlikdə istənilən “Kontakt” mağazasına yaxınlaşıb, mağazadakı satış məsləhətçisinə müraciətini bildirir;
-məhsul (kiçik ölçülü) mağazada texniki ekspert tərəfindən yoxlanılır;
-məhsul 1-ci bənddə göstərilən şərtlərə uyğun olduğu halda yerindəcə qaytarılır və ya müştərinin istəyi ilə digər modelə dəyişdirilir;
-32”-dən böyük televizor, eləcə də böyük məişət texnikaları birbaşa servisdə yoxlanılır;
-servisə gətirilən məhsul 1-ci bənddə göstərilən şərtlərə uyğun olduğu halda qaytarılma olunur və ya müştərinin istəyi ilə digər modelə dəyişdirilir;
Yuxarıda göstərilən şərtlərə əsasən məhsul qaytarılan zaman məhsulla bağlı icra edilmiş xidmətlər geri qaytarılmır.
3.Məbləğin qaytarılması:
Məhsulun 1-ci bənddə göstərilən şərtlərə uyğun olduğu müəyyənləşdirildikdən sonra qaytarılma halında müştəriyə məhsul üçün ödədiyi məbləğ (məhsulla bağlı icra edilmiş xidmətlərə görə ödənişlər istisna olmaqla) tam qaytarılır. Məbləğin geri qaytarılması müştərinin məhsulu almaq üçün istifadə etdiyi ödəniş üsulu ilə həyata keçirilir. Əgər müştəri nağd şəkildə ödəniş edibsə, məbləğ nağd formada qaytarılır. Məhsul nağdsız qaydada alınıbsa, bu zaman mağaza müvafiq banka geri qaytarma sorğusu göndərir. Məbləğ bank tərəfindən bir qayda olaraq 3-14 iş günü ərzində müştərinin hesabına qaytarılır.
Qeyd: Kontakt mağazalar şəbəkəsi xəbərdarlıq etmədən bu şərtləri dəyişdirmək hüququnu özündə saxlayır. Anlaşılmazlıqlar və ya uyğunsuzluqlar olduqda, qanunvericiliyin tələbləri əsas götürüləcəkdir.