Geri qaytarma siyasəti

Kontakt Home mağazalar şəbəkəsindən alınan məhsullar alınma günü nəzərə alınmamaq şərti ilə 14 təqvim günü ərzində dəyişdirilə və ya qaytarıla bilər.

Məhsulun qaytarılma və dəyişdirilmə şərtləri “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanunu əsasında tənzimlənir.

 

Geri qaytarma səbəbi: Qüsurlu mal(İstehsalçı qüsuru)

Məhsulun yoxlanması qaydalara əsasən mağazada texniki ekspert tərəfindən həyata keçirilir. Qüsur yerində təsdiqlənə bilərsə, təsdiqlənmə prosesindən sonra məhsul yenisi ilə əvəz olunur, yaxud məbləğ geri qaytarılır. Qüsuru yerində təsdiqləmək mümkün deyilsə, məhsul servisə göndərilir.

 

Qeyd: “Qızıl zəmanət” mövcuddursa, məhsulun zəmanət şərtləri əsasında geri qaytarılması mümkündür.

 

Geri qaytarma səbəbi: Digər

Məhsul istifadə olunmayıbsa və əmtəə görünüşü pozulmayıbsa, bu halda geri qaytarılma həyata keçirilə bilər. Bunun üçün öncə mağazada texniki ekspert tərəfindən ilkin yoxlama həyata keçirilir.

 

Qeyd 1: Gigiyenik məhsullar hermetik qablaşdırmadadırsa və qablaşdırma pozulmayıbsa, məhsulun qaytarılması mümkündür. Hermetik qablaşdırmada olmayan gigiyenik məhsulların qaytarılması isə heç bir halda mümkün deyil.

Qeyd 2:  Məhsul geri qaytarma şərtlərinə uyğun olmadığı və qüsursuz olduğu təqdirdə, outlet mağazada dəyərləndirilə bilər.

 

Xidmətlərin geri qaytarılması:

  • Məhsulda istehsalçı qüsuru varsa və məhsul geri qaytarılırsa, xidmət də qaytarıla bilər;
  • Məhsul dəyişdirilirsə, xidmət köhnə cihazdan yeni cihaza keçirilir;
  • Məhsul digər kateqoriyadan olan məhsulla dəyişdirilirsə, xidmət qaytarılmır;
  • Məhsulda heç bir qüsur olmadığı halda qaytarılırsa, xidmət artıq yerinə yetirildiyi üçün məbləği də ödənməlidir;
  • “Qızıl zəmanət Ultra”, “Qızıl zəmanət Klassik” və “Zəmanət +”dan başqa, heç bir xidmət qaytarılmır. Xidmət yerinə yetirilibsə, məhsulun yox, yalnız xidmətin geri qaytarılması tələbi yerinə yetirilmir.

Əlavə şərtlər:

Məhsul nağdsız ödənişlə əldə olunubsa, ödənişin geri qaytarılması ilə bağlı mağaza tərəfindən istehlakçının müştərisi olduğu banka sorğu göndərilir. Ödəniş bank tərəfindən adətən 3-4 iş günü ərzində karta geri qaytarılır.

 

Qaytarılma və dəyişdirilmə şərtləri ilə bağlı hər hansı sualınız varsa, Canlı çat, Sosial Media, *6060 Çağrı Mərkəzi,  050 828 60 60 WhatsApp nömrəsi və yaxud sizə ən yaxın Kontakt Home mağazasına yaxınlaşaraq bildirə bilərsiniz.