Top.Mail.Ru
Kontaktda sevinc cərəyanı! 18 iyunadək hissəli alışda 24 ayadək faizsiz təkliflər, nağd alışda -50%-dək endirimlər!
*6060

Sual və cavablar

Sual və cavablar

  • Sizdən hissəli ödənişlə məhsul almaq mümkündür?
  • Bəli, siz məhsulları 24 ayadək hissəli ödəniş şərtlərilə əldə edə bilərsiniz. Əksər məhsullar 18 ayadək faizsiz hissəli ödəniş şərtlərilə, ilkin ödənişsiz, iş yerindən arayış tələb olunmadan təqdim olunur.

  • Alınan malın ödənişi hansı valyuta ilə hesablanır?
  • Kontakt Home mağazalarından istər nağd, istərsə də hissəli ödənişlə əldə olunan bütün məhsulların ödənişi yalnız Azərbaycan Respublikasının milli valyutası – Azərbaycan manatı (AZN) ilə hesablanır.

  • Onlayn sifariş hansı şəhərlərdə keçərlidir?
  • Hazırda ölkədaxili istənilən ünvana (Naxçıvan MR istisna) çatdırılmamız var. Ətraflı məlumat almaq üçün *6060 qısa nömrəsinə zəng edə və ya 0508286060 whatsapp nömrəmizə yaza bilərsiniz.

  • Sifariş edilən məhsul neçə günə çatdırılır?
  • Sifarişiniz onlayn satış təmsilçisinin zəng edib məhsulu adınıza rəsmiləşdirməsi ilə yekunlaşır.

    Sifariş kiçik ölçülüdürsə və iş günü saat 13:00-a qədər yerləşdirilirsə, minimum planlaşdırılan çatdırılma müddəti 1 gündür.

    Maksimum planlaşdırılan çatdırılma müddəti isə 3 iş günüdür.

    Lakin məhsul rayon mağazalarımızdadırsa, məsafə nəzərə alınmaqla çatdırılma 14 günə qədər gecikə bilər.

    Əlavə məlumat üçün “Ödəniş və Çatdırılma” bölməsinə baxın.

  • Hissəli alış zamanı hansı sənədlər tələb olunur?
  • Sadəcə şəxsiyyət vəsiqənizlə hissəli ödəniş şərtləri ilə məhsul əldə edə bilərsiniz.

  • Aylıq ödənişi onlayn formada necə həyata keçirə bilərəm?
  • Hissəli alınan mallar üçün aylıq ödənişlər bir neçə üsul ödənilə bilər:

    1. Kontakt-ın istənilən filialında kassada ödəniş,
    2. Azərpoçt filialında ödəniş,
    3. MilliÖn, eManat terminalları ilə ödəniş,
    4. ABB və Kapital Bank-dan mobil proqramlar vasitəsilə ödəniş,
    5. BirBank, Hesab.az, MilliÖn, GPP, Portmanat, EPUL saytlarında onlayn ödəniş.

    Ödənişlərin aparılması ilə bağlı ətraflı məlumat üçün “Aylıq ödənişlərin həyata keçirilməsi üsulları” bölməsinə nəzər yetirə bilərsiniz. https://bit.ly/Aylıq_Ödəniş linkinə keçməyinizi xahiş edirik. Burada siz aylıq ödənişləri digər hansı üsullarla həyata keçirə biləcəyinizi, FİN (PIN) kod və müqavilə nömrəsi haqqında, həmçinin, taksit kartları ilə alış zamanı ödəniş barədə məlumatı əldə edəcəksiniz.

    Onlayn olaraq isə aşağıdakı MilliÖn, GPP saytları, həmçinin Anipay, BirBank mobil tətbiqi vasitəsilə ödəniş etmək mümkündür:

    https://www.million.az/attributes/KontaktHome
    https://gpp.az/WebPortal/Infosite

  • Məhsulu bəyənməsəm geri qaytara bilərəm?
  • Kontakt Home mağazalarından əldə etdiyiniz məhsulu alınma günü nəzərə alınmamaq şərti ilə, 14 təqvim günü ərzində dəyişdirə və ya qaytara bilərsiniz. Məhsul istifadə edilməyibsə, əmtəə görünüşü pozulmayıbsa, komplektasiyası tamdırsa və satış qəbzi mövcuddursa, geri qaytarılması mümkündür.

     

    Aşağıda qeyd olunan hallarda məhsul qeri qaytarıla bilər:

     

    • İstifadə olunmayıb (istifadə izi yoxdur)
    • Təqdimat və istehlak keyfiyyətləri pozulmur
    • Zavod qablaşdırması zədələnməyib
    • Məhsul və bütün tərkib hissələri yerindədir
    • Elektron cihazlar alarkən proqramları quraşdırılmayıb və aktivləşdirilməyib
    • Məhsulun dəyərinin ödənilməsini təsdiq edən kassa qəbzi və ya hər hansı digər sənəd.

     

    Qeyd: gigiyena vasitələrinin qablaşdırması möhürü pozulubsa, o zaman məhsul heç bir halda geri qaytarılmayacaq.

    Ətraflı məlumat üçün “Geri qaytarma siyasəti” bölməsində qeyd olunan ətraflı məlumatla tanış ola bilərsiniz.

  • Mağazalarınız harada yerləşir?
  • Hazırda mağazalarımız Bakı, Sumqayıt, Xırdalan, Gəncə, Masallı, Mingəçevir, Bərdə,Lənkəran, Göyçay, Quba və Qəbələdə mağazalarımız mövcuddur. 

    Linkə daxil olmaqla mağazalarımızın ünvanlarını nəzərdən keçirə bilərsiniz.

    https://kontakt.az/magazalar/

  • Çatdırılma ödənişsiz həyata keçirilir?
  • Planlaşdırılmış çatdırılma:

     

    • 50 AZN-dək bir sifarişin məbləği – 3 AZN təşkil edir.
    • Sifarişin məbləği 50 AZN-dən yuxarı olduqda – çatdırılma xidməti pulsuzdur. 

    Qeyd olunan rayonlar istisna olmaqla: Sabirabad, Saatlı, İmişli, Şamaxı, Qobustan, Hacıqabul, Şirvan. Bu rayonlara pulsuz çatdırılma yalnız Azərpoçt xidmətlərinin köməyi ilə həyata keçirilir.

    Ekspress çatdırılma qiyməti – 19.99 AZN təşkil edir.

    Ətraflı məlumat üçün “Ödəniş və Çatdırılma” bölməsində qeyd olunan ətraflı məlumatla tanış ola bilərsiniz.