Top.Mail.Ru
*6060

Məhsul mövcuddur

Məhsul kodu: TM-MT-XMT-1102-MG-0066

Ətçəkən HOFFMANN MGW1400

qiymət

119.99 M

-30 M

nağd alışda 89.99 M

Kredit Kalkulyatoru

  • 6

  • 9

  • 12

  • 15

  • 18

  • 24

  • İlkin ödəniş

    0 M

  • Aylıq ödəniş

    5.4 M

HOFFMANN MGW1400 ət çəkən maşını funksionallığı sayəsində mətbəxinizdə əvəzedilməz köməkçiniz olacaq. Sirr deyil ki, evdə çəkilmiş ətdən hazırlanan yeməklər daha ləzzətli olur. Axı ətin yağlı və ya yağsız olmasını ağız dadınıza uyğun olaraq seçmək, sevdiyiniz ədvalardan istifadə etmək olar.

HOFFMANN ət çəkən geniş imkanları ilə yanaşı yığcam ölçülərə sahibdir və rəflərdə minimal yer tutur. Modelin korpusu sadə dizayna sahibdir. Universal ağ rəngi ilə digər mətbəx texnikanıza asanlıqla uyğunlaşacaq. Keyfiyyətli plastik və paslanmayan metaldan hazırlanan cihaz sizə uzun illər ərzində xidmət edəcək. Ət çəkən 1400 Vt gücə sahibdir və 1 dəqiqə ərzində 1.5 kq əti çəkə bilir. Cihazın faydalı funksiyalarından biri də reversdir. Bu funksiya əti əks tərəfə hərəkət etdirmək üçün istifadə edilir. Beləliklə, ət qalıqlarını çıxartmaq üçün cihazın detallarını sökməyə ehtiyac qalmır.

Komplektasiyaya 2 ədəd ət çəkmək üçün başlıq, kolbasaların və kebbe hazırlanması üçün başlıqlar daxildir. Beləliklə, ev şəraitində kolbasa, sosiska və kebbe hazırlaya bilərsiniz. Gündəlik həyatda yalnız təbii ev məhsullarından istifadə edənlər və sağlam qidalanmağa diqqət yetirənlər bu funksiyadan yararlana bilər.

HOFFMANN MGW1400 modelinin parametrlərini və qiymətini digər ət çəkənlərlə müqayisə etmək üçün məhsulun səhifəsində yerləşən tərəzi düyməsinə basmağınız kifayətdir.

nağd alışda

89.99 M

ayda cəmi

5.4 M