Ən yaxşı qiymətə zəmanət!

İstər smartfon, istər televizor, məişət texnikası, mebel və digər məhsullar fərq etməz – ən yaxşı qiymət
bizdədir! Biz qiymətə 100% yox, 120% zəmanət veririk!

“ƏN YAXŞI QİYMƏTƏ ZƏMANƏT” – UNİKAL KAMPANİYASI.
Bəli, istənilən məhsulu digər rəsmi şəbəkələrdə daha ucuz tap, bizdən qiymət fərqinin 120%-nə endirim
eldə et! Hətta məhsul aldıqdan sonra kampaniyadan xəbərdar olsanız, 14 gün ərzində qiymət fərqinə
120% endirim ala bilərsiniz. Kampaniya həm nağd, həm hiss-hissə, həm də taksit kartları ilə alınan bütün
məhsullara şamil edilir.

Kontakt Home şəbəkəsinin pərakəndə və ya onlayn mağazasında alış-veriş etdikdən sonra eyni məhsulu
14 gün ərzində digər rəsmi şəbəkələrdən birində – pərakəndə və ya onlayn mağazada daha ucuz
qiymətə tapdığınız halda, aradakı fərqinin 120%-ni Kontakt Home tərəfindən geri ödəniləcək.

Alış-veriş etməyi planlaşdırırsınızsa, məhsulu hələ almamısınızsa, yenə də bu kampaniya keçərlidir. Rəsmi
şəbəkələrdə istədiyiniz məhsulu daha ucuz tapsanız, eyni ilə aradakı fərqin 120%-i qədər endirim olacaq.

Onlayn şəkildə endirim almaq üçün “Əlavə Qeyd” bölməsində digər rəsmi şəbəkələrdə gördüyünüz
məhsulun linkini bizə göndərin.

Aşağıdakı şərtlər yerinə yetirildiyi təqdirdə məhsulları digər rəsmi şəbəkələrin təklif etdiyi qiymətə əldə
olunması mümkündür:

1.1. Məhsul kontakt.az saytında “120%” işarəsi ilə qeyd olunubsa;
1.2. Daha ucuz qiymət 4-dən artıq mağazası olan digər rəsmi şəbəkələrdə qeydə alınıbsa;
1.3. “Kontakt home” və digər rəsmi şəbəkələrin təklif etdiyi məhsul tamamilə eynidirsə; (məhsulun adı,
modeli, əsas texniki xüsusiyyətləri, komplektasiya, rəng və taksit kartlarla aylara bölünmə aralığı)

1.4. Müqayisə oflayn və onlayn qiymətlərdədirsə, digər rəsmi şəbəkə qiyməti belə təsdiqlənir: Şəbəkənin
rəsmi veb saytındakı məhsulu göstərdikdə, orijinal reklam materialı göstərdikdə, mağazada çəkilmiş
məhsulun fotoşəkilini göstərdikdə;
1.5. Müqayisə zamanı aşağıdakılar nəzərə alınır:

Digər rəsmi şəbəkələrdə daha ucuz olduğu iddia edilən məhsul Kontakt Home mağazalarında təklif
olunan məhsulla tamamilə eynilik təşkil etməlidir. Məhsul yeni olmalıdır (qablaşdırma qüsursuz, tam
komplektasiya olmalıdır);
“Vitrin nümunəsi” və “Tükənməkdə olan” məhsul olmamalıdır;
• Digər rəsmi şəbəkələrdə olan qiymət təklifi səhv və saytın texniki nasazlığ səbəbilə ilə əlaqəli
olmamalıdır.
1.6. Şirkət müvafiq bir təsdiq olmadıqda və ya digər rəsmi şəbəkələrin qiymət təklifinin uyğunluğunu
yoxlamaq mümkün olmadıqda və ya məhsul olmadıqda endirim etməkdən imtina etmək hüququna
malikdir.
1.7. Kampaniyada yalnız fiziki şəxslər iştirak edir.
1.8. Kampaniya qaydaları əvvəlcədən xəbərdarlıq edilmədən dəyişdirilə bilər;
1.9. Kampaniya müddətsizdir.