BÜTÜN KREDİTLƏRƏ 1 AYLIQ GÜZƏŞT EDİLDİ

 

Kontakt Home müştərilərinə şad xəbər: BÜTÜN KREDİTLƏRƏ 1 AYLIQ GÜZƏŞT EDİLDİ

MİNLƏRƏ ETMİŞDİK, HAMIYA ETDİK!

“Müştəri güzəşt proqramı” çərçivəsində karantin rejimi ilə əlaqədar iş yerlərini itirmiş, ödəniş qabiliyyəti məhdudlaşmış minlərlə müştərinin mart ayı üzrə ödənişlərinə güzəşt tətbiq edərək 1 AYLIQ ertələmişdik.

Karantin rejiminin sərtləşdirilməsi və əhalinin gəlir yerinin azalması ilə əlaqədar olaraq şirkət bu güzəşt proqramını hər kəs üçün açıq etdik. Başqa sözlə, bütün müştərilərin aylıq ödənişlərinə aprel ayı üçün 1 aylıq güzəşt müddəti tətbiq olunacaq və həmin müddətdə ödənilməyən borclara görə hər hansı gecikmə hesablanmayacaq.

Başqa sözlə,

  • 25 – 31 mart tarixlərinə düşən ödəniş günləri may ayının 1-nə ertələnir.
  • Aprel ayına düşən ödənişlər may ayının müvafiq gününə keçirilir.
  • Əgər ödəniş gününüz 15-25 mart tarixlərinə düşürsə və iş yerinizin bağlanması səbəbilə ödənişi etməkdə çətinlik yaşayırsınızsa, zəhmət olmasa, sənədləşmədə qeyd olunan ad, soyad, ata adı, aktiv əlaqə nömrəniz, aktiv borcu olan məhsulun adını, iş yerinizin adını, vəzifənizi və işdəki səlahiyyətli şəxsin (HR, administrator və s) əlaqə nömrəsini qeyd edərdiniz. Müraciətinizlə bağlı araşdırılma aparıldıqdan sonra sizə məlumat təqdim ediləcək.

Əsas sizin canınız sağ olsun! #EvdənKontaktda qalın, ailənizə vaxt ayırın, əlavə qayğıları unudun!

Qeyd edək ki, Kontakt Home koronavirusla mübarizə tədbirlərində fəal iştirak edir. Yaxın günlərdə “Koronavirusla Mübarizəyə Dəstək Fondu”na 50 min manat vəsait ayırmışdı. Eyni zamanda şəbəkə öz fəaliyyətində təhlükəsizlik tədbirlərinə ciddi əməl edir, evlərində oturaraq istədikləri məhsulları əldə edə bilmələri üçün müştərilərinə onlayn sifariş və sürətli, təhlükəsiz və pulsuz çatdırılma xidmətini də təklif edir.

Nazirlər Kabineti yanında Operativ Qərargahın təlimatlarına əsasən, martın 29-dan etibarən ölkədəki bütün ticarət obyektləri kimi, Kontakt Home mağazaları da yerində xidməti müvəqqəti dayandırır. Bununla əlaqədar sevdiyiniz məhsulları 7/24 fəaliyyət göstərən www.kontakt.az saytından istər nağd, istər taksit, istərsə də 24 ayadək faizsiz şərtlərlə sifariş edə bilərsiniz. Sifarişiniz gün ərzində PULSUZ və TƏHLÜKƏSİZ qaydada ünvanınıza çatdırılacaq.