Xiaomi telefon sahəsində yeni olsa da artıq keyfiyyəti ilə məşhur markalardan biridir. Telefonunu yeniləmək istəyən hər kəs, ayıracağı büdcə ilə ən yaxşı smartfonu almaq istəyir. Münasib qiymətlərlə kifayət qədər yaxşı parametrlərə sahib Xiaomi telefon tapa bilərsiniz. Bunun üçün Kontakt.az onlayn mağazasında vaxt itirmədən bütün modellərlə tanış ola bilərsiniz. Müxtəlif texniki xüsusiyyətləri ilə diqqət çəkən və istər foto və video, istərsə də inter istifadəsi zamanı sizi məmnun edəcək Xiaomi telefon modelləri burada!
Xiaomi telefon modelləri - Keyfiyyət və münasib qiymət bir arada!
Xiaomi telefon çeşidlərinin malik olduğu keyfiyyət və münasib qiymətlər bir çoxlarının diqqətini cəlb edir. İstər keyfiyyətli kameraları, istər telefonun hazırlanmasında istifadə olunan materiallar, bu cihazların fərqlənən xüsusiyyətlərindəndir. Çox zaman sərfəli qiymət ilə keyfiyyəti bir arada tapmaq çətindir, lakin Xiaomi telefon alanlar bu ikilinin mükəmməl ortasını tapa biliblər. Əksər modellərində güclü əməli yaddaşa və yaddaş tutumuna malik olan bu telefonlar, uzun ömürlü enerji ömrü ilə rəqiblərindən kəskin fərqlənirlər. Siz də sərfəli qiymətlərlə güclü və funksional telefon almağı düşünürsünüzsə, Kontakt Home mağazalarında təklif olunan Xiaomi cihazları məhz sizə uyğundur.
Xiaomi telefon modelləri geniş seçim çeşidində Kontakt Home-da!
Kontakt Home mağazalarında son model Xiaomi telefon modelləri müştərilərə sərfəli qiymətlər və kredit şərtləri ilə təklif olunur. Snapdragon prosessorlarından güc alması və əksər modellərində barmaq izi sensoru vasitəsilə təhlükəsizliyin təmin olunması, bu brendin məhsullarını müştərilər tərəfindən sevdirən əsas xüsusiyyətlərdəndir. Xiaomi telefon modellərinin bir digər üstünlüyü isə, ikili əməliyyat sisteminə sahib olmalardır. Belə ki, bu cihazlar həm MİUİ həm də Android əməliyyat sistemlərindən istifadə edirlər və PlayStore tətbiq mağazasındaki bir çox tətbiqdən istifadəyə imkan verirlər. Hər ehtiyaca uyğun Xiaomi telefon modelləri mağazalarımızda sizlərin yolunu gözləyir.
1) Müraciət formasını doldurub, "göndər" düyməsini kliklə..2) Videozəng zamanı rahatlığın üçün kameranı bağlaya bilərsən