Samsung Galaxy S22 modeli 50 meqapikselli kameraya malikdir. Alüminium və möhkəm şüşədən hazırlanan korpus suya və toza davamlıdır. Batareyanın tutumu 3700 mAh-dır.
Samsung Galaxy S22 smartfonu Galaxy modellər arasında ən sürətli çiplə təchiz edilib. Böyük həcmli batareya gün ərzində cihazdan daha çox istifadə edə bilməyiniz üçün imkan yaradır. Keyfiyyətli parametrlərə sahib və sizə uzun müddət xidmət edən smartfon axtarırsınızsa seçiminizi bu modeldə dayandırmağı məsləhət edirik.
Görünüş və Displey
Galaxy S22 modelinin korpusu Phantom Black rəngindədir. Arxa panel mat şüşədən hazırlanıb. Üzərində güclü kamera bloku və fləş yerləşir. Yan çərçivənin materialı alüminiumdur. Dəbli və eyni zamanda sadə görünüşə malik gövdəsi sayəsində smartfon hətta iş adamları üçün ideal seçim olacaqdır. Cihazın gövdəsi IP68 qorunma dərəcəsinə malikdir və suya davamlıdır.
Dynamic AMOLED 2X displeyi Vision Booster texnologiyasını dəstəkləyir. Bu texnologiya gün işığı altında ayın oxunmasını təmin edir. Ekran cızıqlaradan və mexaniki zərbələrdən Corning Gorilla Glass Victus+ ilə qorunur.
Kameralar
Kamera blokunun keyfiyyəti sizi heyran edəcək. Cibinizdə peşəkar fotoaparatın imkanlarını birləşdirən bir qurğu daşıyacaqsınız. Bloka 12 meqapikselli ultra geniş bucaqlı, 50 meqapikselli geniş bucaqlı və 3X optik zoom-la təchiz edilən 10 meqapikselli telefoto kamera əlavə edilib. Displeydə yerləşdirilən 10 meqapikselli kamera ilə parlaq selfilər əldə edəcəksiniz.
Samsung Galaxy S22 ilə gecə vaxtı keyfiyyətli şəkil çəkmək mümkündür. Bunun üçün “Gecə” rejiminə keçid edin. Böyük piksel sensoru daha çox işıq tutur, şəffaf şüşə minimal parıltıya malikdir. Nəticədə, axşamüstü çəkilən şəkillər dəqiq və aydın alınırlar. Bu rejimdə hətta portret şəkilləri çəkmək mümkündür.
“Gecə” rejimini eyni zamanda videolarınız üçün istifadə etmək olar. Kamera avtomatik olaraq işıqlandırma səviyyəsini müəyyənləşdirir və optimal kadr tezliyində çəkilişə başlayır. Super Night Solution texnologiyası hər bir kadrı daha detallı edir. Günün istənilən vaxtı ideal görüntü əldə edəcəksiniz.
Məhsuldarlıq
4 nanometrli Exynos 2200 prosessorunu qarşılayın. Tapşırıqlarınızın çətinliyindən asılı olmayaraq prosessor onları sürətli icra edir. İntensiv istifadə zamanı belə hamar keçidlər təmin edilir və cihaz isinmir. 3700 mAh həcmli batareyanın enerjisi uzun müddət ərzində tükənmir və tez bərpa olunur. Müasir çipin köməkliyi ilə batareyanın enerjisi daha effektiv sərf edilir. Nəticədə, vacib danışıqlar zamanı telefon qəfildən sönməyəcək.