Buxarlı bişiricilər
Buxarlı bişiricilər
Buxarlı bişirici nədir və necə istifadə olunur?
Buxarlı bişirici modelləri adətən 3 bölmədən ibarət olur və su buxarı ilə qida məhsullarını bişirir. Buxarda bişirilən yeməklər ilə adətən pəhrizdə olanlar, uşaqlar, xəstələr və ya qidalananmasına xüsusi diqqət yetirən insanlar maraqlanırlar. Bu cihazla yemək bişirərkən yağ istifadə etməyə ehtiyac olmur. Bu da çəkisinə diqqət etmək istəyənlər üçün idealdır.Buxarlı bişirici modelləri Kontakt Home mağazalarında!
Tərəvəzdən şirniyyata qədər bir çox yemək növünü hazırlamağa imkan verən buxarlı bişirici sizə ən sərfəli qiymətlərlə Kontakt Home mağazalarında təqdim olunur. Braun, Philips kimi müxtəlif markaların buxar bişiricilərini saytımızdaki filterləmə sistemi ilə asanlıqla əldə edə bilərsiniz. Qiymətləri markalara görə dəyişən məhsullar arasında eyni anda müxtəlif qablarda ət və tərəvəz bişirən cihazları araşdıra bilərsiniz. Funksional xüsusiyyətlərindən asılı olaraq, buxarlı bişirici modellərinin müxtəlif xüsusiyyətlərini: sürət və bişirmə başlıqları kimi fərqli xüsusiyyətlərini də qiymətləndirə bilərsiniz. Mağazalarımızda müxtəlif məhsullar arasında sərfəli cihazlar tapa bilər və büdcənizə uyğun olan məhsulu seçə bilərsiniz.