Aylıq ödənişlərin həyata keçməsi

 

 

  1. Aylıq ödənişlərimi necə həyata keçirə bilərəm?

 

1)      Aylıq ödənişlərinizi şəhərdə mövcud olan e-ManatMilliÖn terminallarından edə bilərsiniz.

 Bunun üçün e-manat ve million terminallarinin əsas menyunun ikinci səhifəsində olan “Mağazalar şəbəkəsi və E-ticarət” qovluğuna daxil olub, “Kontakt Home”-u seçməlisiniz. Daha sonra öz şəxsiyyət vəsiqənizin PIN kodunumüqavilə nömrənizi daxil edərək ödənişlərinizi edə bilərsiniz.

 

 

2)       Ödənişlərinizi onlayn şəkildə aşağıdakı linkdən həyata keçirmək mümkündür:

www.million.az/attributes/KontaktHome

 

 

 

3) Və ya mobil telefonunuzda MilliÖn tətbiqetməsi (aplikasiya) mövcuddursa, həmin tətbiqetmədən “Mağazalar şəbəkəsi və E-ticarət” qovluğuna daxil olaraq “Kontakt Home”-u seçib ödənişinizi yenə onlayn şəkildə həyata keçirə bilərsiniz.


        Android cihazlar üçün: Play market million app 

        İOS cihazlar üçün: App store million app

  

  1.       PİN kod nədir?

 

   PIN kod dedikdə məhsul əldə edən şəxsin şəxsiyyət vəsiqəsinin FİN kodu nəzərdə tutulur. FİN kod – şəxsiyyət vəsiqənizin sağ aşağı küncündəki, axırdan birinci simvolu buraxmaqla, sonrakı 7 simvoldan ibarət koddur.

   Yeni şəxsiyyət vəsiqələrində Fərdi İdentifikasiya Nömrəsi (FİN kod) vəsiqənin üzərində qeyd olunub.

 

 

  1.       Müqavilə nömrəsi nədir?

 

   Əldə etdiyiniz məhsula aid ödəniş cədvəlində qeyd olunan rəqəmlər toplusudur. (Bunu izah etmək üçün şəkil yerləşdiriləcək)

 

   Əgər ödəniş cədvəli hazırda sizdə deyilsə müqavilə nömrənizi öyrənmək üçün *6060 Çağrı Mərkəzimizə zəng edə, 050 828 60 60 WhatsApp nömrəmizə və ya sosial şəbəkələrdən bizə mesaj yaza bilərsiniz.

 

 

  1.       Taksit kartı ilə sizdən məhsul əldə etmişdim, aylıq ödənişimi necə edim?

 

   Taksit kartı ilə əldə olunan məhsul nağd alış olduğu üçün siz aylıq ödənişinizi banka edirsiniz. Bu halda ödənişi həyata keçirmək üçün taksit kartınızı əldə etdiyiniz müvafiq banka müraciət etməlisiniz.