Daha çox yer!
Samsung RB34K6220S4/WT ikikameralı soyuducu öz həcmi ilə sizi sevindirəcək. Standart qabaritlərə malik olmaqla yanaşı, Space Max Technology texnologiyası aqreqatın enerji effektivliyini itirmədən kameraların daxili tutumunu istilik izolyasiyalı nazik divarlar sayəsində artırmağa imkan verir. All-around Cooling funksiyası sayəsində kameranın hər bir hissəsi effektiv soyudulacaq, nəticədə meyvə və tərəvəzlərin tərkibi korlanmayacaq, onlar dad və qida dəyərini qoruyub saxlayacaq. Ərzaqlarınızın uzun müddət qorunub saxlanması
Soyuducu təravəti qoruyan zona – siyirmə ilə təchiz olunub ki, burada münasib temperatur təmin edilməklə ərzaqların saxlanması üçün ən yaxşı şərait yaradılıb. “Güclü soyutma” funksiyası içkiləri və yeməkləri bir düyməni sıxmaqla sürətlə soyutmağa imkan verəcək. Transformer-rəf və çıxarılabilən qapı konteynerinin köməyi ilə istənilən ölçülü qabları asanlıqla yerləşdirmək və məkanı maksimal effektivliklə istifadə etmək imkanı qazanacaqsınız. Qənaət və istifadədə rahatlıq
Soyuducunun ümumi həcmi 365 litr təşkil edir. Həmçinin, onun kamerasını daha yaxşı işıqlandıracaq işıq diodlu LED işıqlandırma ilə təchiz olunub. Aqreqat 7 soyutma səviyyəsindən birini seçib tətbiq edəcək invertorlu kompressor əsasında işləyir ki, bu da qurğunun enerjiyə qənaət etməsinə və uzun müddət xidmət etməsinə yardım edəcək. No Frost sistemi sayəsində isə soyuducunun buzunu əritməyə vaxt sərf etməyəcəksiniz.