Kreditlə məhsul alanlara standart tələblər:

Kreditin valyutası

Manat

Xidmət haqqı

Məişət texnikası -5%

Elektronika -5%

Mobil telefon -5%

Sığorta

0%

Müştərinin yaşı

18 yaşına çatmış Azərbaycan Respublikasının vətəndaşı

Tələb edilən sənədlər

Yalnız şəxsiyyət vəsiqəsi. Şəxsiyyət vəsiqəsi təqdim edə bilməyən dövlət qulluqçuları (hərbçilər və s.) şəxsiyyət vəsiqəsini əvəz edən sənədi təqdim etməklə kredit əldə edə bilər. Hərbi hissə Bakı, Sumqayıt və Abşeron rayonlarında yerləşməlidir

Qeydiyyatı

Bakı, Abşeron, Sumqayıt, Gəncə. Digər rayonlarda qeydiyyatı olan müştərilər kredit şərtlərindən yararlanmaq üçün Bakı, Abşeron, Sumqayıt və Gəncə şəhərlərində qeydiyyatı olan zamin təqdim etməlidirlər.

Təkrar müştərilərə güzəştli kredit şərtləri

Kontakt Home mağazaları təkrar müştərilərinə güzəştli kreditlə məhsul almağı təklif edir. Əvvəlki alışları zamanı gecikmələri olmayan sadiq müştərilərimiz Kontakt Home mağazalarından kreditlə aldıqları malları ilkin ödənişsiz (mobil telefonlar istisna olmaqla) əldə edə bilərlər. Hər zaman təkrar müştərilərinə dəyər verən Kontakt Home mağazaları onlara sərfəli şərtlərlə geniş çeşiddə və müxtəlif brendlərdən olan malları təklif etməkdə davam edir.

Tələbələrə kreditin şərtləri

Kontakt Home tələbə vətəndaşlarımızı da yaddan çıxarmır və onlar üçün rahat kredit şərtləri təklif edir. Tələbə biletini və şəxsiyyət vəsiqəsini təqdim edən şəxs tələbə kreditindən yararlana bilər. Tələbənin Bakı və ya rayon qeydiyyatında olmasının heç bir önəmi yoxdur. Tələbə krediti 1, 2, 3-cü kurs tələbələrinə (həmçinin Tibb Universiteti 4 və 5-ci kurslarına) şamil olunur. 

Ətraflı:*6060