Dəbli və rahat
Müasir, divara quraşdırılan HANSA OKC624SH aspiratoru mexaniki idarəetmə ilə modern tərzində interyerə ideal şəkildə uyğun gəlir. Bu model maili formaya malikdir, sizi özünün tərzli dizaynı ilə sevindirəcək və mətbəxinizi bəzəyəcəkdir. Korpus metal və şüşədən hazırlanmışdır və qara rəngdə düzəldilmişdir. Bu cihaz işləyərkən praktik olaraq səssizdir. Aspirator istifadədə sadə və rahatdır, eləcə də sizi yemək hazırlayarkən xoşagəlməz qoxulardan asanlıqla azad edəcəkdir. Havanın təkrar dövriyyəsi
Aspirator 2 iş rejiminə malikdir – çıxış və təkrar dövriyyə. 2 rejimdən kömür filtrinin quraşdırılması zamanı istifadə etmək mümkündür. Onun sayəsində sorulma hətta küçəyə və yaxud havalandırma şaxtasına çıxışın mövcud olmadığı halda belə məkandakı atmosferi təmizləyir. Tüstü və qoxu ilə hopmuş hava kömür filtrinin içərisindən keçir ki, o da havanı çirklənmədən təmizləyir və bundan sonra hava mətbəxə geri qayıdır. İşin maksimum səmərəliliyi
Cihaz 3 sürətlə təchiz olunaraq yemək hazırlayarkən qoxunun intensivliyindən asılı olaraq sizə uyğun gələni seçməyə imkan verir. Aspirator 2 halogen lampası ilə təchiz olunmuşdur ki, bunlar da işçi səthini aydın şəkildə işıqlandırır. Aqreqat enerji baxımından səmərəlidir və çox elektrik enerjisi sərf etməyəcəkdir. Sorulma borusunun istifadə oluna bilən gücü – 160 Vatdır, maksimum məhsuldarlığı isə saatda 500 kub metrdir.