Dəbli və rahat
Müasir, divara quraşdırılan HANSA OKC624SH mexaniki idarəetmə ilə modern tərzində interyerə ideal şəkildə uyğun gəlir. Bu model günbəz formasına malikdir, sizi özünün dəbli dizaynı ilə sevindirəcək və mətbəxinizi bəzəyəcəkdir. Korpus metal və şüşədən hazırlanmışdır və qara rəngdə düzəldilmişdir. Qurğu işləyərkən praktik olaraq səssizdir, istifadədə sadə və rahatdır, eləcə də sizi yemək hazırlayarkən xoşagəlməz qoxulardan asanlıqla azad edəcəkdir. Havanın təkrar dövriyyəsi
Aspirator 2 iş rejiminə malikdir – çıxış və təkrar dövriyyə. 2 rejimdən kömür filtrinin quraşdırılması zamanı istifadə etmək mümkündür. Onun sayəsində sorulma hətta küçəyə və yaxud havalandırma şaxtasına çıxışın mövcud olmadığı halda belə məkandakı atmosferi təmizləyir. Tüstü və qoxu ilə hopmuş hava kömür filtrinin içərisindən keçir ki, o da havanı çirklənmədən təmizləyir və bundan sonra hava mətbəxə geri qayıdır. İşin maksimum səmərəliliyi
Cihaz 3 sürətlə təchiz olunaraq yemək hazırlayarkən qoxunun intensivliyindən asılı olaraq sizə uyğun gələni seçməyə imkan verir. Aspirator 2 halogen lampası ilə təchiz olunmuşdur ki, bunlar da işçi səthi aydın şəkildə işıqlandırır, enerji baxımından səmərəlidir və çox elektrik enerjisi sərf etməyəcəkdir. Sorulma borusunun istifadə oluna bilən gücü – 160 Vatdır, maksimum məhsuldarlığı iəs saatda 600 kub metrdir.